Xərçəngin ilk əlamətidir
03:45 29.10.2024
Sağlamlıq
572
Səhər yuxudan duranda bu 2 əlamətə diqqət yetirin
Xərçəng xəstəliyi dünyada ən çox yayılmış və ilk sırada yer alan ölüm səbəblərindən biridir. 2022-ci ildə dünyada təqribən 20 milyon xərçəng xəstəsi və 9,7 milyon xərçənglə bağlı ölüm qeydə alınıb. 2040-cı ilə qədər xərçəng xəstələrinin sayının 29,9 milyona, xərçəngdən ölənlərin sayının isə 15,3 milyona yüksələcəyi gözlənilir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, xərçəngdə erkən diaqnoz böyük əhəmiyyət kəsb edir. Ona görə də mütəmadi olaraq xərçəng müayinəsindən keçmək lazımdır. Xərçəng orqanizmdə bəzi əlamətlərlə özünü göstərə bilər. Ümumdünya Səhiyyə Təşkilatı xərçəngin ilkin əlamətlərini paylaşdı. Vücudunuzdakı bəzi simptomlar xərçəngin ilk siqnalı ola bilər. Ən məkrli xəstəliklərdən olan xərçəngə erkən diaqnoz qoymaq üçün bu əlamətlərə diqqət etməli və mütəxəssisə müraciət etməlisiniz:
Nəfəs almaqda çətinlik, nəfəs darlığı
Davamlı öskürək
Uzun müddət keçməyən sinə ağrısı
Tez-tez qızdırmaların olması
Udqunmada çətinlik
Boyun bölgəsində şişkinlik
Bədəndə birdən görünən qançırlar, uzun müddət sağalmayan yaralar
Tez-tez qasıq və qarın ağrısı
Çəki itkisi
Nəcisdə və sidikdə qan görünməsi
Sağlam qidalanmaya baxmayaraq qarın ağrısı
Qadınların döşündə iltihab
Uzunmüddətli menstrual qanaxma
Dırnaqlarda deformasiyalar
Üzün şişməsi
Sağalmayan açıq yaralar
İştahsızlıq, yeməkdən imtina
Bədəninizdə bu simptomları tez-tez hiss edirsinizsə, xərçəng müayinəsindən keçməyiniz tövsiyə olunur. Səhər oyandığınız zaman bədəninizdə görünən bəzi əlamətlər xərçəngin ilk siqnalı ola bilər. Ona görə də bu simptomları ciddi qəbul etmək lazımdır. Xüsusilə səhər saatlarında boğaz nahiyəsində ağrılar, baş ağrısı və başın ön hissəsində təzyiq hissi erkən diaqnoz üçün əhəmiyyətli ola bilər. Bundan əlavə, mütəxəssis həkimlər onkologiyanın ən dəhşətli dağıdıcı əlamətinin zəiflik və daimi yorğunluq olduğunu söyləyirlər. Daimi tükənmə təkcə fiziki vəziyyətə təsir etmir. İnsan praktiki olaraq normal yaşaya bilmir, zehni fəaliyyət ləngiyir, idrak funksiyaları ləngiyir, normal sosiallaşmanın qeyri-mümkün olması səbəbindən uzunmüddətli depressiya baş verir. Xərçəng xəstələrində yorğunluq, xərçəng hüceyrələrinin böyüyərək bədəndəki faydalı və qida maddələrinin bütün ehtiyatlarını istehlak etdiyi üçün baş verir. Bədənin bütün sistemlərinin düzgün işləməsi üçün lazımi resurslar itir. Yorğunluq ən çox qan xərçəngi xəstələri və beyin, qaraciyər və bağırsaqda şişləri olanlarda özünü göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət