
Analitik: Ankara Suriya ilə bağlı riskli addımlar atmayacaq
Yusif Nəzərli
02:01 17.12.2024
Dünya
517
Türkiyənin niyyəti Suriyadan nə ərazi qoparmaq, nə də ərazi bütünlüyünə zərər vurmaqdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı Suriya ilə bağlı danışıb. Diqqətçəkən məqam Ərdoğanın “Türkiyənin Suriyada nə işi var?” deyənlərə cavabı olub. Ərdoğan deyib ki, Birinci Dünya müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zamanı şərtlər fərqli olsaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi Türkiyənin vilayətləri olacaqdı: "Bu şəhərlər sərhədlərimizdən kənarda qaldığı üçün oradakı insanlarımızla əlaqələrimizi bütünlüklə kəsməli deyildik". Ərdoğanın “Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı” sözləri birmənalı qarşılanmayıb. Hətta bunu Türkiyənin adıçəkilən ərazilərə ərazi iddiası kimi şərh edənlər də olub.
Politoloq Turan Rzayev isə "Sherg.az"a deyib ki, Türkiyə lideri haqlıdır. Ekspertin sözlərinə görə, həqiqətən, şərtlər fərqli olasaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka bu gün Türkiyənin əraziləri olardı:

"Məsələni daha aydın başa düşmək üçün iki tarixi sənədə diqqət etmək lazımdır. "Says-Piko" sazişi və "Misak-ı Milli" bəyannaməsi. Əslində, bu iki sənəd bir-birinə əksdir. "Says-Piko" sazişi Yaxın Şərqin bölgüsünü əhatə edirdisə, "Misak-ı Milli" Bəyannaməsi Türkiyə Respublikasının təbii sərhədlərini əks etdirirdi. Buna görə də iki sənəd tam mənası ilə heç vaxt icra edilmədi. "Says-Piko" sazişi Osmanlı sonrası Yaxın Şərqin siyasi xəritəsini böyük ölçüdə formalaşdırsa da, türklər "Misak-ı Milli" əsasında sonradan Antep, Hatay, Urfanı geri aldı. Bununla belə, Türkiyə Hələb, İdlib, Həma, Dəməşq, Rakka, Mosul, Kərkükü ala bilmədi. Daha sonra BMT səviyyəsində dövlət sərhədləri tanındığı üçün məsələ səngiyərək hazırkı halını aldı. Lakin Ərdoğanın məlum sözlərini Türkiyənin adıçəkilən ərazilərə iddiası kimi şərh etmək olmaz. Məsələ ondadır ki, İraq və Suriyada vəziyyət dəyişər, mərkəzi dövlət yaranmazsa, Türkiyə "Misak-ı Milli" Bəyannaməsi çərçivəsində hərəkətə keçə bilər. Amma faktiki olaraq Ankara bunu Suriyada etmədi. Halbuki etməsi üçün həm hüquqi baza, həm də geosiyasi şərait mövcud idi. Ankara vaxtında bunu etmədisə, bundan sonra da etməz. Ən azından hərbi yolla".
Analitikə görə, əgər bir gün Hələb, İdlib, Həma, Dəməşq və Rakka Türkiyənin bir parçası olacaqsa, bu yalnız Ərdoğanın dediyi Hatay variantı ilə mümkün ola bilər:
"Yəni adıçəkilən ərazilər əvvəlcə Hatay kimi müstəqil olmalı, məsələn, bir türkmən dövləti yaranmalı, daha sonra referendumla Türkiyəyə birləşməlidir. Lakin hələlik bu variant real görünmür. Türkiyənin niyyəti Suriyadan nə ərazi qoparmaq, nə də ərazi bütünlüyünə zərər vurmaqdır. Ümumiyyətlə, Ankara üçün dost münasibətləri saxlayan Suriya daha prioritetdir. Bu səbəbdən riskli addımlar atması real deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya