
Tramp etiraf etdi: “Onun corabları fikrimi yayındırır”
13:07 13.03.2025
Maraqlı
566
ABŞ-ın vitse-prezidenti JD Vancenin corabları Ağ Evdə keçirilən görüşə damğa vurub.
“Sherg.az” “NTV.com.tr”yə isitnadən bildirir ki, ABŞ prezidenti Donald Trampın İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə maarqlı anlar yaşanıb. "Mən diqqəti cəmləməyə çalışıram, lakin vitse-prezidentin corablarından çox təsirləndim" deyən D.Tramp vitse-prezidentin geyindiyi corablara işarə edib. Qeyd edilir ki, üç yarpaqlı yonca 18-ci əsrdən bəri İrlandiyanın simvolu kimi istifadə olunur. Vitse-prezident J.D.Vansın İrlandiyanın baş naziri Maykl Martinlə görüş zamanı yaşıl və ağ yonca şəkilli corablar geyinməsi diqqətdən yayınmayıb. Oval kabinetdə Tramp Vansın naxışlı corablarına işarə edərək şən əhval yaradıb. Prezident Tramp köməkçisinin ayağını göstərərək, "İnflyasiya haqqında danışmalıyam, amma mən bu corabları sevirəm. Bu corablar nədir?.. Mən diqqətimi cəmləməyə çalışıram, amma vitse-prezidentin corabları məni heyran etdi”, deyib. Trampın bu açıqlaması ofisdə gülüşə səbəb olub. Vance X sosial media platformasında videonu yenidən paylaşaraq, "Bu corablar haqqında şərh verəcəyini bilirdim", yazıb. Görüşdən əvvəl Vance İrlandiyanın Baş naziri Martini evində Müqəddəs Patrik Günü münasibətiylə səhər yeməyinə qonaq edib və niyə bu cür corab geyindiyini izah edib. "Mən sizin şərəfinizə bu corabları geyindim. Deyim ki, Prezident Tramp mühafizəkar geyimlərin böyük pərəstişkarıdır. Ona görə də o, bu corablara diqqət yetirsə, Oval Ofisdə məni müdafiə etməlisən. Bu, İrlandiya-Amerika münasibətlərinin möhkəmlənməsinin vacib hissəsidir və bu corabları geyinməyimin yeganə səbəbi budur"" deyə Vance bildirib.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya