Astarada leysan nəticəsində torpaq sürüşməsi olub
11:42 22.09.2025
Cəmiyyət
504
Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb.
Leysan xarakterli yağış Astara rayonunda bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub.
Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşüb. Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahə torpaq altında qalıb.
Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sözügedən ərazi meşə massividir və meşə təsərrüfatına aiddir. Vətəndaşın müraciəti əsasında həmin əraziyə baxış keçirilib və sürüşmə barədə aidiyyəti üzrə məlumat verilib.
Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları, irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib. Hazırda onların təmizlənməsi işləri görülür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat