NATO: "Rusiyanın hərəkətləri Avro-Atlantikanın təhlükəsizliyinə ciddi təhdid yaradır"
Yusif Nəzərli
10:53 24.02.2022
Dünya
481
“Biz Rusiyanın Ukraynaya tamamilə əsassız dəhşətli hücumunu ən kəskin şəkildə pisləyirik. Düşüncələrimiz bütün ölənlərin və yaralananların, Ukrayna xalqının yanındadır. Biz Belarusu da bu hücuma icazə verdiyinə görə qınayırıq”.
“Report” xəbər verir ki, bu barədə NATO-nun Rusiyanın Ukraynaya hücumuna dair bəyanatında qeyd olunub.
“Bu, yeni hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Rusiyanın Helsinki Yekun Aktı, Paris Xartiyası, Budapeşt Memorandumu və Rusiya-NATO-nun təsis aktından irəli gələn öhdəliklərinə tamamilə ziddir. Bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır.
Biz Ukrayna xalqını və onun qanuni, demokratik yolla seçilmiş Prezidentini, parlamentini və hökumətini dəstəkləyirik. Biz həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən akvatoriyası daxilində ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyəcəyik.
Biz Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa və bütün qüvvələrini Ukrayna və onun ətrafından çıxarmağa, beynəlxalq humanitar hüquqa tam əməl etməyə, ehtiyacı olanların hamısına təhlükəsiz və maneəsiz humanitar çıxış və yardım göstərməyə çağırırıq.
Biz Rusiyanın Ukraynanın şərqindəki separatçı bölgələri tanımaq qərarını qətiyyətlə pisləyirik. Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daha da pozur, həmçinin Rusiyanın imzaladığı Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qeyri-qanuni tanınmanı heç vaxt qəbul etməyəcəklər.
Biz Rusiyanı zorakılıq və təcavüz yolundan dönməyə çağırırıq. Rusiya liderləri öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdırlar. Rusiya çox böyük iqtisadi və siyasi əvəz ödəyəcək. NATO müvafiq maraqlı tərəflər və digər beynəlxalq təşkilatlar, o cümlədən Aİ ilə sıx koordinasiyanı davam etdirəcək.
Bütün bu böhran ərzində NATO, müttəfiqlər və tərəfdaşlarımız Rusiya ilə diplomatiya və dialoqu, o cümlədən ən yüksək səviyyədə davam etdirmək üçün bütün səylərini göstərib və Avro-Atlantik regionun bütün ölkələrinin təhlükəsizliyini gücləndirmək üçün bir çox mühüm təkliflər irəli sürüblər. Biz dəfələrlə Rusiyanı Rusiya-NATO Şurasında danışıqlara dəvət etmişik. Rusiya hələ də qarşılıq verməyib. Rusiya, məhz Rusiya eskalasiya yolunu seçib.
Rusiyanın hərəkətləri Avro-Atlantikanın təhlükəsizliyinə ciddi təhdid yaradır və geostrateji təsirləri olacaq. NATO bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək. Biz Alyansın şərq hissəsində əlavə müdafiə quru və hava qüvvələrini, eləcə də əlavə dəniz qüvvələrini yerləşdiririk. Biz bütün gözlənilməz hallara cavab vermək üçün qüvvələrimizin hazırlığını artırmışıq.
Bu gün biz Vaşinqton müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələr apardıq. Biz bütün müttəfiqləri qorumaq üçün müdafiə planımıza uyğun olaraq Alyans daxilində çəkindirmə və müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdik. Tədbirlərimiz qabaqlayıcı, mütənasibdir və deeskalasiya xarakteri daşıyır.
Vaşinqton müqaviləsinin 5-ci maddəsinə sadiqliyimiz sarsılmazdır. Biz bir-birimizi qorumaq üçün birləşmişik", - bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm