Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Yusif Nəzərli
18:30 22.07.2022
Siyasət
575
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu cari ildə Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub. Azərbaycan-Koreya münasibətlərinin gələcək inkişaf imkanları, iqtisadi sahədə əməkdaşlıq, o cümlədən qarşılıqlı ticarət və investisiyaların artırılması, xüsusilə də Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və həmin ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərində Koreya şirkətlərinin mümkün iştirakına dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, turizm, mədəniyyət, səhiyyə və təhsil sahələri üzrə Azərbaycan-Koreya əməkdaşlığının gələcək inkişaf imkanları müzakirə edilib. Həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlərə dair məlumat mübadiləsi həyata keçirilib.
E.Məmmədov Koreyanın yerli media qurumlarından “Korea Times”, “Korea Joongang Daily” və “Aju Ilbo” qəzetlərinin rəhbər şəxsləri və müxbirləri ilə görüşüb və qarşı tərəfin suallarını cavablandırıb.
İyulun 22-də nazir müavini ilə Koreya Respublikası Parlamentinin vitse-spikeri Kim Yonq-cu arasında nəzakət görüşü keçirilib. Görüş zamanı keçən 30 il ərzində Azərbaycan-Koreya əlaqələrinin inkişafında iki ölkə parlamentlərinin oynadığı rol yüksək qiymətləndirilib və bu xüsusda, Koreya Parlamentinin hər zaman nümayiş etdirdiyi açıq və əhatəli əməkdaşlığa görə qarşı tərəfə minnətdarlıq ifadə edilib. Parlamentlərarası əməkdaşlığın təkcə ikitərəfli formatda deyil, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) kimi çoxtərəfli arenada da uğurla davam etdirildiyi bildirilib.
E.Məmmədov Koreya Respublikası Parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri So Byonq-su ilə görüşüb.
Xarici işlər nazirinin müavini, həmçinin Koreya İdxalatçılar Assosiasiyasının (KOIMA) sədri Kim Byonq-kvan ilə görüşüb və Azərbaycan mallarının Koreya bazarına idxalı imkanlarına dair fikir mübadiləsi aparıb.
Eyni tarixdə E.Məmmədov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) prezidenti Son Hyok-sanq ilə görüş keçirib. Görüş zamanı 1994-cü ildən etibarən KOICA tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yurdundan didərgin düşmüş insanlara göstərilmiş yardımlar və sonrakı dövrlərdə Azərbaycanda həyata keçirilmiş layihələr yüksək qiymətləndirilib və KOICA ilə əməkdaşlığın gələcəkdə də yüksək templə davam etdiriləcəyinə inam ifadə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət