Şahin Bağırov iclas keçirdi: Gömrüyün fəaliyyətində ciddi dəyişiklik olacaq
Şahin Bağırov iclas keçirdi: Gömrüyün fəaliyyətində ciddi dəyişiklik olacaq
Yusif Nəzərli
14:22 25.07.2022
Cəmiyyət
509
Gömrük sahəsinin müxtəlif istiqamətlərinə cavabdeh olan baş idarə rəisləri, müstəqil idarə, şöbələrin rəhbərlərinin və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun iştirakı ilə iyulun 25-də Dövlət Gömrük Komitəsində (DGK) işçi görüş keçirilib.
Bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, görüşdə gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə uyğun olaraq müasir tələblərə cavab verən gömrük xidmətinin yaradılması, şəffaflıq, rasional gömrük prosedurlarının tətbiqi, məmnunluq səviyyəsinin artırılması və ölkəmiz üçün ən vacib əhəmiyyət kəsb edən inkişaf istiqaməti üzrə gömrük xidmətinə aid zəruri işlərin görülməsi tapşırığı diqqətə çatdırılıb və bu prinsiplər əsasında əsas strateji hədəflərin müəyyən edilməsinə göstəriş verilib.
Günün tələblərinə cavab verməyən mövcud vəziyyətin ən qısa zamanda dəyişməsi, müasir çağırışlar əsasında gömrük xidmətinin inkişafı üçün işə yanaşma tərzinin dəyişməsi, fəaliyyətin planlaşdırılması zamanı analitik təhlillər aparılmaqla və ehtiyaclar öyrənilməklə prioritetlərin müəyyənləşdirilməsi, kadr siyasətini təkmilləşdirməklə yalnız bilik və təcrübəsi olan kadrlara inkişaf karyerası mühitinin yaradılması, etik davranışlara hərtərəfli riayət edilməsi, gömrük işində istifadə olunan proqram təminatlarının rahatlığı və əlçatanlığının təmin olunması, bütün nəzarət üsullarının və rəsmiləşdirilmə prosesinin elektron əsaslarla reallaşdırılması, işgüzar biznes mühitinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi üzrə konkret tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət