Pekin qarşıdurmaya hazırdır
Yusif Nəzərli
05:57 28.07.2022
Dünya
682
Nensi Pelosinin Tayvana gözlənilən səfəri müharibə vəziyyəti yaradıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Çinin suverenliyini iddia etdiyi Tayvana səfər edəcəyi iddiası iki ölkə arasında gərginliyi daha da artırıb. Müdafiə Nazirliyinin sözçüsü polkovnik Tan Kıfey, Nensi Pelosinin Tayvanı ziyarət edəcəyi halda Çin ordusunun boş dayanmayacağını və reaksiya verə biləcəyini iddia edib. Kıfey mümkün səfərin Çin-ABŞ diplomatik əlaqələrinin əsasını təşkil edən prinsipi və birgə bəyannamənin müddəalarını ciddi şəkildə pozacağını qeyd edib. O, eyni zamanda iki ölkə və iki ordu arasındakı münasibətlərə xələl gələcəyini vurğulayıb. Çinin xəbərdarlığının ardından Ağ Ev təhlükəsizlik rəsmilərinin mümkün risklər səbəbiylə bu səfərə qarşı olduqları açıqlanıb. ABŞ rəsmiləri eyni zamanda Çin döyüş təyyarələrinin Pelosinin təyyarəsinə müdaxilə edərək, sözügedən adaya enməsinə mane olmağa çalışacaqlarından narahat olduqlarını qeyd ediblər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfərə hazırlaşması Pekini xeyli qəzəbləndirib. Analitikin sözlərinə görə, Çin Tayvanı özününkü sayır və onun icazəsi olmadan bu adaya səfərləri sərt qarşılayır:
“Vəziyyət o qədər gərgindir ki, Nensi Pelosini Tayvana çatdıracaq təyyarənin hədəf alınacağı haqqında xəbərdarlıqlar var. Pentaqon narahatdır. Nensi Pelosi və onunla adaya gedəcək heyətlə bərabər ABŞ hərbi gəmiləri Hind-Sakit okean regionunda təlimlərə başlayıblar. Bu, Pekinə xəbərdarlıq mahiyyəti daşıyır. Pekin geri addım atmır və qarşıdurmaya hazırdır. Pekin Tayvanın hava sahəsində uçuşa qadağan zona elan edə bilər. Tayvan hərbçiləri hava hücumundan müdafiəyə hazırlaşırlar. Çin Xarici İşlər Nazirliyi xəbərdar edib ki, əgər bütün xəbərdarlıqlara rəğmən, Nensi Pelosi Tayvana gedərsə Çin müvafiq addımlar atmaqdan çəkinməyəcək və buna görə Vaşinqton məsuliyyət daşıyacaq. “Financial Times” dərgisi müxtəlif mənbələrə əsaslanaraq Pekinin ciddi olduğu qənaətinə gəlib. Belə vəziyyətdə Nensi Pelosi səfərdən imtina edəcəkmi? Ağ Ev və Pentaqon Nensi Pelosini səfərdən imtina etməyə razı salacaqmı? Çünki Çinlə münasibətlərdə əlavə gərginlik Ağ Ev administrasiyasına və Pentaqona lazım deyil. Böyük Britaniyanın digər dərgisi olan “The Daily Telegraph” Çinin Tayvanı ələ keçirmək ehtimalının artdığını yazıb”.
Analitik vurğulayıb ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bütün senarilərə hazırlaşdıqlarını bildirib: “Biz strateji qeyri-müəyyənlik siyasətini davam etdiririk” deyən Sallivan müharibə başlayacağı halda ABŞ-ın iştirakçı olub-olmayacağıyla bağlı suala konkret cavab verməyib. Amerikalı generallar vəziyyət barədə məlumatlıdırlar və Çinin nə edə biləcəyini proqnozlaşdırırlar. Əslində amerikalı generallar Nensi Pelosinin indiki həssas dövrdə Tayvana səfərinin əleyhinədirlər. Nensi Pelosi səfərdən imtina etməyib. Ancaq Nümayəndələr Palatasının sədri səfərin konkret hansı tarixdə reallaşacağı barədə fikir bildirmir. Pelosinin səfərdən imtinası qərarı onun imicinə mənfi təsr edəcək. Belə çıxacaq ki, Pelosi Pekinin hədələrindən qorxdu. Vaşinqton kimi Tokio da Çinin Tayvanı ələ keçirməsi ehtimalını yüksək qiymətləndirir. Tokio belə bir müharibənin başlamasını istəmir. Çünki müharibə başlayacağı halda Tokio Vaşinqtonu müdafiə edərək Çinlə üz-üzə qalacaq. Odur ki, Nensi Pelosinin adaya səfərini təxirə salması Yaponiyanın da maraqlarına cavab verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə