“Sputnik Azərbaycan”dan istefa verən redaktorlar rusa boyun əymədi
Yusif Nəzərli
19:59 05.08.2022
Gündəm
701
Qulu Məhərrəmli: "Çox maraqlı presedentdir. Təəssüf ki, digər saytlarda da xeyli yalan informasiyalar dərc olunur. Həmin məlumatlara qarşı da sayt əməkdaşlarının etirazı çox vacibdir"
“Sputnik Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları “Qisas” əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər. 4 redaktor bu barədə sosial şəbəkədə məlumat yayıb. Zülfiyə Quliyeva, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq “Sputnik”də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazıblar. “Sputnik Azərbaycan” saytından istefa verən buraxılış redaktoru Gülzar Mustafayeva deyib ki, onlardan ölkəmizin mövqeyinə qarşı məlumatın getməsini tələb ediblər: “Detallar barədə danışmaq istəmirəm. Çünki biz işə qəbul olunanda öhdəliyə imza atmışıq və bunları danışmaq ixtiyarım yoxdur. Sadəcə onu deyə bilərəm ki, bizdən Azərbaycanın mövqeyinə qarşı məlumatın getməsini tələb etdilər. Biz də dörd redaktor - Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina və mən bununla razılaşmayıb istefa verdik”. Xatırladaq ki, “Sputnik Azərbaycan”ın ölkəmizdə fəaliyyəti ilə bağlı narazılıqlar mövcuddur. Dəfələrlə bu qurumun Azərbaycan əleyhinə, dövlətimizin mövqeyinin əksinə addımlar atması əsas gətirilərək portalın fəaliyyətinin qadağan olunması tələb olunub.
Media eksperti, professor Qulu Məhərrəmli "Sherg.az"a bildirib ki, “Sputnik Azərbaycan”ın azərbaycanlı əməkdaşlarının yalan və əsassız məlumata etiraz edərək istefa vermələri müsbət hadisədir. Professorun sözlərinə görə, o, bunu ilk növbədə peşə maraqlarının müdafiəsi kimi qəbul edir: “Bu həm də yalana qarşı etirazdır. Diqqət yetirməli olduğumuz digər məqam “Sputnik”in Rusiyaya bağlılığı və Rusiya Müdafiə Nazirliyinin bölgəyə aid olan yanlış məlumatları yaymasıdır. Ümumiyyətlə, 10 noyabr 2020-ci ildən sonra Qarabağda Azərbaycan əleyhinə gedən proseslərlə bağlı ən qızışdırıcı və təxribat xarakterli məlumatları məhz Rusiya Müdafiə Nazirliyi yayıb. Təəssüf ki, bu yalan məlumatlar bir çox hallarda “Sputnik”in səhifələrində gedib. Ancaq müəyyən mərhələdən sonra insanlar hər şeyin ağ yalan olduğunu və məqsədli şəkildə Azərbaycan əleyhinə təxribat edildiyini anlayırlar. Məncə, bu, düşündürücü faktdır. Biz bundan bəzi nəticələr çıxartmalıyıq”.
Q.Məhərrəmli vurğulayıb ki, həmkarlarımızın atdığı addım peşə maraqlarına xidmət baxımından çox vacib addımdır: “Bu insanlar yalan məlumat yaymağı öz şərəf və ləyaqətlərinə sığışdırmayıblar və bunun jurnalist peşəsinə zidd olduğunu deyiblər. Çox maraqlı presedentdir. Təəssüf ki, digər saytlarda da xeyli yalan informasiyalar dərc olunur. Həmin məlumatlara qarşı da sayt əməkdaşlarının etirazı çox vacibdir. Bizim üçün ilk növbədə peşə maraqlarını gözləməkdir. Əgər yayılan məlumatlar Azərbaycanın maraqlarına uyğun deyilsə və biz buna etiraz etməyi bacarırıqsa, bunun özü ciddi əxlaqi-mənəvi yanaşmadır. O mənada 4 redaktorun addımı təqdir olunmalıdır”.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı