
Tokayev Nazarbayevin ismini hər yerdən silməyə çalışır - Politoloq
07:52 22.01.2023
Siyasət
630
Qazaxıstanda Konstitusiya islahatları nəticəsində yeni seçkilərdə deputatların 70 faizi proporsional əsasda seçiləcək
"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin parlamentin aşağı palatasını buraxmasının arxasındakı səbəblər keçmiş prezident Nursultan Nazarbayev irsindən qurtulmaqla əlaqəlidir".
"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Analitik qeyd edib ki, Tokayev parlamentin aşağı palatasıyla yanaşı hakimiyyətin regional strukturlarını da buraxıb:
"Parlamentə seçkilər bu ilin martın 19-a təyin olunub. Qazaxıstanda Konstitusiya islahatları nəticəsində yeni seçkilərdə deputatların 70 faizi proporsional əsasda seçiləcək. Bununla Tokayev ölkəsində partiya quruculuğuna və siyasi mübarizəyə şərait yaratmaq istəyir. Buna misal olaraq istənilən partiyanın qeydiyyata alınması üçün əvvəlki kimi 20 min nəfərin deyil, 5 min nəfərin olması kifayətdir. Bunun əsasında Qazaxıstanda qeydiyyatdan keçən partiyaların sayı artıb.
Əslində Qazaxıstanda parlament seçkiləri 2025-ci ildə keçirilməli idi. Ancaq Tokayev ötən ilin sentyabrında açıqlama verərək Konstitusiya dəyişikliklərindən sonra növbədənkənar parlament seçkilərinə ehtiyac olacağını bildirdi. Tokayevin özü ötən ilin noyabrın 20-də növbədənkənar prezident seçkisində 81 faiz səslə qələbə qazanaraq mövqeyini möhkəmlətdi. Yeni Konstitusiyaya görə Qazaxıstan prezidenti iki dəfədən çox dövlət başçısı seçilə bilməz. Bundan başqa prezidentin yaxınlarına dövlət məmuru vəzifəsi tutmaq qadağan edilib. Ayrıca, yeni Konstitusiyada birinci prezident Nursultan Nazarbayevin ismini xatırlayan bəndlər çıxarılıb".
Oxşar xəbərlər
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya