
"İlham Əliyevin Türkiyəyə dəstəyi həm də bir vəfa borcu kimi anlaşılmalıdır" - Fazil Mustafa
Yusif Nəzərli
11:54 01.05.2023
Gündəm
659
Prezident İlham Əliyev bir neçə gün bundan öncə Türkiyəyə səfər edib. O “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında deyib ki, atalarımızın, əcdadlarımızın ruhu şaddır, çünki Türkiyə və Azərbaycan bir yerdədir
Bir neçə gündən sonra Azərbaycan xalqının çağdaş Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin 100 illiyini qeyd edəcəyini xatırladan dövlət başçısı bildirib: “Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”.
Səfəri "Sherg.az"a dəyərləndirən millət vəkili Fazil Mustafa vurğulayıb ki, ölkə başçısının bu məqamda Türkiyəyə getməsi, həm də bir vəfa borcu kimi anlaşılmalıdır:
"Bu cür kəskin mübahisələrin və seçki qarşıdurmalarının baş verdiyi məqamda, Qarabağ savaşında bizə olunan dəstək barəsində Türkiyə ictimaiyyətinə məlumatın çatdırılması əxlaqi məsələdir. Bu ölkə başçısının Azərbaycan üçün azacıq da olsa ürəyini qoyanlara nə qədər həssas yanaşdığını göstərir. Halbuki Türkiyə bütövlükdə Qarabağ savaşında ürəyini qoydu və burda Rəcəb Tayyib Ərdoğanın rolu əvəzedilməzdir. Prezident İlham Əliyev də bu məqamda belə davranış sərgiləməklə Azərbaycanın heç nəyi unutmadığını göstərdi. Bu mənada "TEKNOFEST"də iştirak, bir vasitədir".

Parlamentarinin sözlərinə görə, Türkiyənin texnoloji inkişafının bariz nümunəsi olan belə tədbirdə yer almaq və Türkiyə prezidenti ilə iki dövlət arasındakı dosluğun əhəmiyyətini diqqətə çatdırmaq olduqca böyük jestdir:
"Bü cür jestləri də hər zaman Türkiyə ilk yardıma qaçan, dağıdılmış şəhərlərin bərpasında önəmli rol oynayan Azərbaycan dövlətinin başçısı edə bilər. Yəni bu Azərbaycan əxlaqının təqdimatıdır. Həmçinin burada "bir millət, iki dövlət və bir yumruğun" xatırladılması, vaxtilə "Qardaş yumruğu" adlı təlimlərin keçirilməsinə işarə verilməsi, onu göstərdi ki, bir yumruğu hədəfə vurmaq, torpaqlarımıza göz dikənlərin qarşısını almaq üçün vacibdir. Ona görə də səfərin ciddi əhəmiyyəti var. Bu səfər zamanı Prezident İlham Əliyev Türkiyə və Azərbaycan münasibətlərinin gələcək trayektoriyasını cızdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm