
Yanğın zamanı nə etməli?-Mütəxəssis rəyi
12:07 31.10.2024
Cəmiyyət
1258
Azərbaycanda 2024-cü ilin 9 ayı ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1351 olub.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, yanğın hadisəsinin baş verməsi üçün münbit şərait yaranmalıdır:

“İlk öncə bu şərait yaranır və sonra yanğın hadisəsi baş verir. Yanğının baş verməsi üçün 3 əsas elementin birləşməsi baş tutmalıdır. Onlar temperatur, yanar maddə və oksigendir. Bu üç element birləşdikdə yanğın hadisəsi baş verir. Yanğın hadisələri müxtəlif səbəblərdən baş verə bilər. Burada insan səhlənkarlığı, elektrik naqillərində olan qısaqapanma, kimyəvi maddələrin düzgün şəkildə yığılmaması, elektrik naqillərində həddən artıq yüklənmənin olması, siqaret kibritinin təyin olunmamış yerlərə atılması və təyin olunmamış yerdə çəkilməsi, uşaqların əlinə alışqan maddələrin verilməsi və yaxud qəsdən törədilən yanğınlar mövcuddur. Yaxşı olar ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən baş vermiş yanğın hadisələrinin tədqiqatı nəticəsində aşkar olunmuş səbəblər açıqlansın. O zaman artıq biz yanğın hadisələrinin ölkəmizdə ən çox hansı səbəbdən baş verdiyini bilərdik".
Ekspert bildirib ki, Yanğın hadisələrinə qarşı mənzildə, məişətdə, iaşə obyektlərində və istehsal müəssisələrində hazırlıq təşkil olunmalıdır:
"Yəni hazırlıqla bağlı önləyici tədbirlər görülməlidir. Önləyici tədbirlərə müəssisədə ilkin yanğınsöndürmə avadanlıqlarının təmin olunması, insanların təxliyə olması üçün təxliyə evakuasiya planlarının təşkili və görünən yerlərdən asılması, könüllü yanğınsöndürmə dəstələrinin yaradılması və yanğına qarşı cavabdeh şəxsin təyin olunması daxildir. Həmçinin mütəmadi olaraq işçilərin və insanların yanğına qarşı təlimlərlə maarifləndirilməsi təşkil olunmalıdır. Yanğın hadisələrindən öncə kompleks tədbirlər görməklə yanğın hadisəsinin baş verməsinin qarşısını almaq olar. Əgər yanğın hadisəsi digər səbəblərdən baş verərsə, artıq yanğını söndürmək ilk məqsədimiz olmalıdır. Çünki ilkin mərhələdə yanğına müdaxilə edəndə geniş yayılmanın qarşısını almaq olur. Bunlar üçün müəssisələrdə yanğına qarşı vəziyyət yaradılmalıdır. İnsanlar evdə uşaqlarla yanğın təhlükəsizliyi barədə danışmalı, məktəblərdə, tədris müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı dərsliklərdə materiallar mövcud olmalı və şagirdlər yanğın zamanı evakuasiya olunma qaydaları ilə tanış olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət