DYP-dən qış mövsümü ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
11:50 16.12.2024
Cəmiyyət
547
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qış aylarında yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə xəbərdarlıq edib.
Bu barədə Sherg.az idarədən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, qış mövsümünün başlaması ilə əlaqədar sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələrinin texniki vəziyyətinə, avtomobillərin şinlərinə diqqət yetirməlidirlər:
"Ötən gün Quba və Göygöl rayonları ərazisində təkərləri mövsümə uyğun olmayan avtomobillərlə törədilmiş 2 yol-nəqliyyat hadisəsində 2 nəfərin həyatını itirməsi, 4 nəfərin isə xəsarət alması bir daha qeyd olunan məsələnin diqqətdə saxlanılmasını tələb edir.
Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü müəyyən olunmuş normalara cavab verməlidir. Belə ki, minik avtomobilləri üçün şinlərin protektorlarındakı naxışların qalmış hündürlüyü 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır. Həmçinin eyni ox üzrə müxtəlif naxışlı şinlərdən istifadə olunmamalıdır. Bu normalar gözlənilmədikdə həmin nəqliyyat vasitələrinin istismarı qadağan olunacaq və idarəetmədən kənarlaşdırılacaq.
Mövsümlə əlaqədar olaraq istənilən vaxt hava şəraiti qəfildən dəyişə, qar yağa bilər. Artıq respublikanın bir sıra dağətəyi rayonlarında yolların səthinin buz bağlaması müşahidə olunur. Sürücülərə tövsiyə olunur ki, texniki vəziyyəti nasaz olan, şinləri normalara cavab verməyən avtomobillərlə yola çıxmasınlar.
Sürücülərdən qış üçün təkər və işıq faralarını uyğun hala gətirmələri, avtomobillərdə olması lazımı avadanlıqları (zəncir, dartı kəndiri və s.) təmin etmələri, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməmələri, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmaları tövsiyə olunur.
Sürücülər xüsusilə yağıntı düşən ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət