
Türkiyədən Yaxın Şərqdə yeni ittifaq çağırışı
Yusif Nəzərli
05:33 17.12.2024
Dünya
450
Hakan Fidanın vurğuladığı kimi, ərəb ölkələrinin türk dünyası ilə birgə təşkilatlanması hədəf olmalıdır
Türkiyə xarici işlər naziri Hakan Fidan bəzi Yaxın Şərq ölkələrini ittifaq yaratmağa çağırıb. Nazir bunun bölgənin təhlükəsizliyi üçün zəruri olduğunu bildirib. H.Fidan vurğulayıb ki, çox güclü Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, nüfuzlu Qətər və Küveyt var: "Misir də əlindən gələni edir. İndi bir araya gəlməliyik, bir-birimizi qorumaq öhdəliyi götürməli, çiyin-çiyinə çalışaraq bölgədə öz maraqlarımızı, nizam-intizamı bərqərar etməliyik. Avropa, Şimali Amerika və başqa yerlərdə ittifaqlar qurulduğu kimi, bu coğrafiyada da bütün bunları iqtisadi, siyasi və hərbi cəhətdən etmək mümkündür".
Siyasi şərhçi Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Suriyadakı proseslərin sonrakı mərhələsi Hakan Fidanın vurğuladığı kimi, ərəb ölkələrinin türk dünyası ilə birgə təşkilatlanması olmalıdır. Ekspert vurğulayıb ki, Fidan ərəb dünyasının aparıcı ölkələrinin adını çəkir, eyni zamanda vahid birliyin yaranmasının vacibliyinə vurğu edir:

"Qərb dünyasının müttəfiq olmasının vurğulanması isə xüsusilə əhəmiyyət daşıyır. Qərb müttəfiqliyinin təbii olaraq Şərq dünyasına qarşı yönəldiyini, onun təbii sərvətlərinin talanması anlamına gəldiyini deməyə ehtiyac yoxdur. Odur ki, bu, Fidanın yaranmasını istədiyi türk-ərəb müttəfiqliyinin Qərb ekspansionizminin qarşısını almaq gücündə olduğunu başa salmaq istəyidir. Hərbi cəhətdən Türkiyənin özünə əminliyi ərəb ölkələri üçün yeni imkanlar açır. Fidan hərbi müttəfiqlik deməklə, əslində, bildirmək istəyir ki, Qərbdən silah-sursat asılılığında olan ərəb ölkələri azad ola bilərlər. Türkiyənin onları əvəz etmək potensialı var. Həmin varlı ərəb ölkələri dəstək olarsa, bu sahədə daha da böyük uğurlara imza atmaq mümkündür".
Analitikə görə, belə bir müttəfiqlik ən nəhayətində bütün islam dünyası üçün vacibdir:
"İslam aləminin yenidən öz möhtəşəmliyini qaytarmasının əsas yolu birlikdən keçir. Bu arada İranın adının çəkilməməsi təsadüfi deyil. İran fars rejiminin mahiyyəti bütün islam dünyasına bəllidir. Görünən odur ki, Fidan bununla demək istəyir ki, bu birlikdə İran rejimi ya dağılacağı üçün olmayacaq, ya da Tehran rejiminin bu birlikdə ümumiyyətlə yeri yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel
15:49 12.03.2026
Gündəm
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya