
Qərb dövlətləri üstümüzə gəlməyə davam edir: Onların əsas qayəsi... -ŞƏRH
Yusif Nəzərli
11:55 21.12.2024
Siyasət
601
"Qərbin əsas aparıcı dövlətləri bir qayda olaraq Azərbaycan Respublikasını əlaltı etmək istəyirlər. Ona görə də üstümüzə insan haqları və bənzər məsələlərlə gəlirlər".
Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.
O, deyib ki, əslində Azərbaycanı Qərbdə baş verən hadisələrlə müqayisə etsək, onlarda qat-qat artıq problemlər var:

"Təkcə Fransada olanları göz önünə gətirmək yetərlidir. Ölkəmiz ona görə müstəqil olmadı ki, SSRİ əlinin altından çıxıb, hansısa başqa bir dövlətinkinə düşsün. Azərbaycanın suverenliyinin əsas qayəsi həqiqətən müstəqil olmaqdır. Yəni biz Ermənistan kimi deyilik. Bu dövlət öncə Rusiyanın, indi isə Qərbin əlaltısıdır. Amma Azərbaycan SSRİ-dən ayrıldıqdan, müstəqillik qazandıqdan sonra heç bir dövlət üzərimizdə ağalıq etməyib və edə də bilməyəcək. Biz buna imkan verməyəcəyik. Həmçinin sona qədər aya üstə durmağa çalışacağıq. Buna görə də Qərb dövlətləri üstümüzə gəlməyə davam edirlər. Təəssüflər olsun ki, Azərbaycanın içindən bəzi adamlar onların alətinə çevirilib öz dövlətimizə qarşı çıxırlar. Həmin qruplar anlamalıdır ki, insan haqları, demokratiya məsələləri ilə bağlı problemlərin olmasını iddia edən o Qərb dairələri əslində bunun üçün yanıb-yaxılmırlar".
Azər Həsrətin sözlərinə görə, həmin dövlətlərin məqsədi Azərbaycanı dizə gətirmək, "ələ baxan" etmək, ümumiyyətlə bir vassala çevirməkdir:
"Bu plana xidmət edən hər kəsə istər dövlətimiz, istərsə də vətəndaşlarımız gərəkli cavabı verirlər və buna davam edəcəklər. Kimsə düşünməsin ki, hansısa təzyiqlər hesabına Azərbaycanı bu yoldan döndərə biləcək. Ümilikdə bizim üçün önəmli olan dövlətimizin müstəqilliyi və bu siyasəti yürütmə bacarığıdır. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər hansı dövlət Azərbaycan hakimiyyəti ilə danışmaq və iş birliyi qurmaq istəyirsə, bunu yalnız bərabər hüquqlu tərəflər kimi edə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya