Formula-1-ə görə Bakıya nə qədər xarici turist gəlib?

Ötən il Formula-1 üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, bu il Formula-1 üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı yuxarıda qeyd olunan rəqəmdən bir qədər çoxdur.

Bu isə onu deməyə əsas verir ki, Formula-1-lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.

O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.

Rəsmi statistikaya görə, ötən il biletlərin 80%-dən çoxu əcnəbi turistlər tərəfindən alınıb.

Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.