Hacı Əliyev:“Bu, Prezidentlə yeddinci görüşüm idi” - VİDEO
Yusif Nəzərli
18:54 09.04.2022
İdman
724
“Düşünürdüm ki, ölkə başçısı bizi qəbul edəcək. Çünki qazandığımız nailiyyət böyük uğurdur. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millimiz Avropa çempionu oldu. Ona görə də inanırdım ki, cənab Prezident bizi də diqqətdən kənarda qoymayacaq. Həm də bilirdim ki, ölkə başçısının ən çox dəyər verdiyi, ən çox sevdiyi idman növlərindən biri güləşdir. Gözlədiyim kimi oldu, bu görüş çox maraqlı keçdi”.
Bu barədə Oxu.Az-a sərbəst güləş üzrə ikiqat olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev deyib.
Ölkə başçısı İlham Əliyev dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş güləş üzrə Avropa çempionatında qitənin ən güclüsü olmuş Azərbaycan güləş millilərini qəbul edib. Ölkə başçısı bununla növbəti dəfə idmana diqqət və qayğı göstərdiyini nümayiş etdirib.
Bu, Hacının onunla artıq yeddinci görüşü olub. 30 yaşlı idmançı bu haqda danışıb:
“2013-cü ildə Kazanda keçirilmiş Yay Universiadasında bürünc medal qazananda ilk dəfə ölkə Prezidenti ilə görüşümüz olub. Bir il sonra möhtərəm Prezident mənə ev verib. 2015-ci ildə BP-nin tədbirində görüşümüz baş tutub. 2016-cı ildə Olimpiadada, 2017-ci ildə İslam Həmrəylik Oyunlarında qazandığım medallara görə də Prezidentin qəbulunda olmuşam. Həmçinin, 2017-ci ildə Abşeron Olimpiya İdman Kompleksinin açılış mərasimində görüşümüz olub. Bu, Prezidentlə yeddinci görüşümüz idi”.
Hacı Əliyev onu da bildirib ki, ölkə başçısı ilə maraqlı dialoq ilk dəfə gerçəkləşmir. İdmançının özünü dinləyək:
“Prezidentlə dialoqumuz ikinci dəfə baş tutur. İlk dəfə Abşeron Olimpiya İdman Kompleksinin açılışı zamanı aramızda söhbət olmuşdu. Həmin vaxt mən cənab Prezidentin qarşısında çıxış etmişdim.
Parisdə üçüncü dəfə dünya çempionu olduğum üçün mənə fərdi təqaüd ayrılmışdı. Prezident onda da demişdi ki, üçüncü dəfə dünya çempionu olmaq olimpiya qızıl medalını qazanmağa bərabərdir və ona görə bu təqaüd mənə verilir.
Həmin görüşdən sonra mənə Prezidentin həm fərdi, həm də olimpiya təqaüdü verilməyə başlandı.
Budəfəki görüşdə isə mənə səni olimpiya çempionu kimi görürəm demədi, dedi ki, mənim üçün olimpiya çempionusan. Doğrudan da çox sevinirəm ki, cənab Prezident tərəfindən belə sevilirəm, mənimlə maraqlanır, haqqımda məlumatlıdır. Ona çox təşəkkür edirəm ki, mənə, idmana belə gözəl diqqət və qayğı göstərir.
İnşallah, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qızıl medal qazanmaqla Prezidentin dediyi olimpiya çempionluğunu həqiqətdə əks etdirərəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial