Çoxlu vitamin həbləri qəbul etmək ziyanlıdır
Yusif Nəzərli
02:28 21.07.2022
Sağlamlıq
939
Amma meyvələri nə qədər çox yesək də lazım olan qədər vitamini bədənimiz mənimsəyəcək və həzm etməkdə çətinliyi olmayacaqdır
“Vitaminlərin insan bədəninə faydalılığı və artıqlığının zərərlərini hamımız bilməliyik, çünki vitaminlərin insan həyatında çox vacib bir faydası var, amma artıqlığının da olduqca çox ziyanları vardır. “Azərbaycan ailəsi uşaqlarına vitamin alıb verməlidirmi və ya vitamin çatışmazlığını hansı meyvələrdən, tərəvəzlərdən ala bilər? Vitamin həblərini çox qəbul etdikdə nələr ola bilər? Hansı ziyanları görə bilərik?”, kimi suallara vitaminlər haqqında yazdığım məqalədən cavab tapacaqsınız”. Bu sözləri fitoterapevt Füzuli Hüseynov səsləndirib.
F.Hüseynov deyib ki, çalışın uşaqlarınız və özünüz vitaminləri təbii meyvə-tərəvəz və göyərtidən alasınız, meyvə-tərəvəzi nə qədər artıq yesəniz də vitamin çoxluğu (hipervitaminoz) xəstəliyinə tutulmazsınız, amma çox vitamin həbləri qəbul etsəniz belə bir (hipervitaminoz) xəstəliyinə tutulmaqdan qaçmaq olmaz: “Onu da nəzərə çatdırım ki, apteklərimizdə satılan vitaminlərin əksəriyyəti təbii üsulla alınandır. Məsələn, C vitamini itburnudan hazırlanır. Xatırladım ki, biz hər gün itburnu meyvəsi yesək C vitaminin çoxluğu (hipervitaminoz) əmələ gəlməz, amma itburnudan alınmış vitamin C həblərini qəbul etsək mütləq fəsadları ortaya çıxacaqdır, çünki itburnudan alınmış vitamin C artıq Allahın yaratdığı vitamin mineral zəncirindən qırılmış bir vitamindir (yəni rafinə olunub başqa vitaminlər və minerallar zəncirindən qırılıb). Ona görə də biz istəməsək də hüceyrələrimizin içinə girib öz işini görəcəkdir, amma meyvələri nə qədər çox yesək də lazım olan qədər vitamini bədənimiz mənimsəyəcək və həzm etməkdə çətinliyi olmayacaqdır”.
Fitoterapevtin sözlərinə görə, vitamin yumurtada, kərə yağında, kürüdə, balıq yağında, pendirdə olur. Amma yerkökü, çuğundur, balqabaq, gülümbahar, zəyərək, küncüt yağı, göyərti (əsasən ispanaq), portağal, mandarin, limon, çaytikanı meyvəsi kimi, sarı meyvələrdəki B karotin də bədənimizdə A vitaminə çevrilir:
“Bu, göz üçün faydalıdır (gözün piqment təbəqəsinin quruluşunda iştirak edir), dəri, sümük, toxuma sağlamlığı üçün önəmlidir, uşaqlar üçün boyu uzatmaq kömək edir. Bədəndə immun sistem qurulmasında önəmli bir təsir göstərir, antioksidant təsiri vardır. A vitamini çatışmazlığı nəticəsində göz görməsi zəifləyir (axşamçağı hamı görsə də, A vitamini çatışmazlığında insanlar görə bilmir), dəri quruluğu, kəpəklənmə saçların nazikləşməsi və tökülməsi, dalaqda balacalaşma, sümük ağrıları, immunitet zəifliyi olur. Xərçəngə tutulma riski artar.
A vitamini çoxluğu isə dəri saralır (apelsin kimi çatlaq olur), beyində ödem əmələ gəlir, baş ağrıları, halsızlıq, ürəkbulanma, başgicəllənmə, dodaqların quruması tez çatlama, hamiləlik vaxtı çətinliklər olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət