Elmi institutların taleyi necə olacaq?- İZAH:"Proseslər ağrısız ötüşməyəcək"
Yusif Nəzərli
09:11 29.07.2022
Aktual
1331
Dünən Prezident elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılacaq və elm sahəsində dövlət siyasətini, tənzimləməni həyata keçirəcək.
Fərmana görə, Azərbaycan Milli Elmlər Akademiyasının ( AMEA ) əsasən texniki, təbiət elmləri ilə bağlı instituları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilsə də, bu, akademiyanın ləğvi mənasına gəlmir.
Fərmana əsasən Nazirlik bu qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini hökumətə təqdim etməlidir.
Hazırda ciddi maraq doğuran məsələ məhz Nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulmasıdır.
"Sherg.az" xəbər verir ki, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Elmi institutların taleyi necə olacaq?" sualına aydınlıq gətirib.
O. Gündüzün qənaətincə, son zamanlar aparılan müzakirələrdən, Prezidentin adı çəkilən fərmanından və "Azərbaycan - 2026" Strategiyasından belə qənaətə gəlmək olar ki, Nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək:
" Yəni, artıq Nazirliyin tabeliyindəki İqtisadiyyat institutu Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC ) tabeliyinə, Riyaziyyat və mexanika institutu Bakı Dövlət Universitetinin ( BDU ) tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika instututu Azərbaycan Texniki Universitetinim ( AzTU )tabeliyinə, Neft və Qaz İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ( ADNSU ) və ya Bakı Ali Neft Məktəbinə verilməsi mümkündür.
Axır vaxtlar Nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya yönümlü, araşdırma istiqamətində fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin universitetlərin bir çoxu universitet- sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar. Nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə şərait yaradacaq.
Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat yönümlü , innovasiya yönümlü fəaliyyət çox zəifdir. Yeni yaradılan Elm və Ali təhsil üzrə Dövlət Agentliyi də, bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməlidir".
O. Gündüz söyləyir ki, bir çox univetsitet rəhbərləri hansı elmi instututların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər:
"Proseslər ağrısız da ötüşməyəcək. Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də yaranacağı gözləniləndir. Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da imkan yaratmaq deyil.
Yeni yanaşmalara görə elmi institutlarda aparılacaq optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər.
İnstitut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə Nazirilik tərəfindın təyin olunması da məntiqli və ağlabatan olardı.
İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada elm və təhsilin inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək. Sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər məyyənləşdirəcək".
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə