Gürcüstan nümayəndə heyəti Azərbaycan xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib
Yusif Nəzərli
08:50 23.02.2023
Gündəm
418
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini ziyarət edib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək ehtiram nümayiş etdiriblər.
Nümayəndə heyətinə xüsusi təyinatlıların hazırlıq prosesi haqqında ətraflı məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb. Gürcüstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Sonra HDQ-nin hərbi hissəsinə gələn gürcüstanlı nümayəndələr burada şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər.
Nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə praktiki tanış olublar. Hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib.
Daha sonra nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib. Qonaqlara dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra birgə xatirə şəkili çəkdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya