
Piyadalar böyük çətinliklərlə qarşılaşır -EKSPERT
Piyadalar böyük çətinliklərlə qarşılaşır -EKSPERT
13:55 05.08.2024
Cəmiyyət
653
Bakıda səkilərin əksəriyyəti standarlara uyğun qurulmur
Keçmiş Cavanşir körpüsünün davamı olan Üzeyir Hacıbəyli küçəsində səkinin eni təxmini 25 metr təşkil edir. Bulvar və parkların ətrafını istisna etsək, nadir haldır ki, küçədə avtomobillər üçün ayrılmış yol sahəsi səkidən iki dəfə kiçikdir.
Keçən əsrin ortalarında Bakıda və digər şəhərlərdə (misal üçün, Mingəçevirdə), geniş səkilər salınan küçələrin sayı çox idi. Lakin onların bir çoxu ya obyektlər tikildi, ya parkinqə çevrildi, ya da çoxmərtəbəli evlər tikildi.
Bu cür səkilər Bakıda çox azdır, biz onları qorumalıyıq. Burada hətta kiçik ictimai məkanlar yaratmaq, əlavə ağaclar əkmək olar.
Nəqliyat eksperti İlqar Hüseynli isə “Sherg.az”a açıqlamasında Bakıda səkilərin böyük əksəriyyətinin standarlara uyğun olmadığını deyib:

“Dünyanın bir çox şəhərində nəqliyyat infrastrukturunun qurulmasında piyada yönümlü layihələrə üstünlük verilir. Son illər Bakıda da yol və küçələrin salınması zamanı nəzər alınan əsas amil piyada rahatlığının təmin edilməsidir. Bu çox sevindirici və təqdirəlayiq haldır. Səkiləri dünya standartlarına uyğunlaşdırmağa ehtiyac var. Səkidə tranzit zona anlayışı olmalıdır. Piyadalar üçün nəzərdə tutulan səkidə heç bir qurğu qurula bilməz. Digər sahələr bufer zonadır. Orada yol nişanları qoyula, ağac əkilə bilər və digər kommunikasiya elementləri də ola bilər. Bazar iqtisadiyyatı dövründə ictimai-iaşə obyektlərinin terrası da səkinin buferi zonasına qədər olmalıdır. Çox təəssüf ki, ötən illərdə paytaxt Bakının mərkəzi ünvanlarında – bir çox küçə və prospektlərdə piyadalar üçün nəzərdə tutulmuş səkilər ayrı-ayrı şəxslər, sahibkarlıq subyektləri, şirkətlər, işbazlar tərəfindən zəbt olunub. Belə vəziyyət həmin səkilərlə təhlükəsiz şəkildə hərəkət etməli olan piyadalara böyük çətinliklər yaradır.
Piyadalar öz həyatlarını təhlükə altına atır, məcburiyyət qarşısında qalıb avtomobil yoluna çıxır, maşınların arası ilə hərəkət etməli olurlar. Bu isə onlarla yanaşı, sürücülər üçün də böyük təhlükə yaradır. Fiziki məhdudiyyəti, əlilliyi olan, əlil arabasında gəzən, yaxud azyaşlı övladını uşaq arabasında gəzintiyə çıxaran valideynlər üçün səkilərin zəbt edilməsi, müyəssərliyin pozulması daha böyük çətinliklər yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual