
Qərb Gürcüstanı itirmək istəmir - RƏY
01:20 30.10.2024
Dünya
570
Buna görə də rəngli inqilab ssenarisini aktivləşdirib
“Prezident Zurabişvilinin liderlik etməsi də proseslərin pərdəarxasında Qərbin olduğunu deməyə əsas verir”
Gürcüstanda keçirilən parlament seçkilərini öz əlində alətə çevirmək istəyən Qərb və regionda söz sahibi olan Rusiya arasında gərgin mübarizə gedir. Okeanın o tayından Cənubi Qafqazı öz nəzarəti altına almağa çalışan ABŞ və Qərbin məkrli planları Cənubi Qafqaz dövlətlərinin daxilində də müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Bunu görən region dövlətləri fəqli siyasət yürütməklə balansı qorumağa çalışırlar. Təbii ki, Ermənistan bu siyasətdən kənardır və Qərbin əlində alətə çevrilən İrəvan həm özünü, həm də region ölkələrini təhlükəyə atır. Lakin qonşu Gürcüstanda keçirilən seçkilərin nəticələri Qərbin bölgədə yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq istəyinə böyük zərbə vurdu. Qərb seçkilərdə pozuntu və qüsur aşkar edə bilmədi, hətta müşahidə aparan ATƏT də ciddi nöqsan tapmadı, bununla belə, Qərb dövlətləri açıq şəkildə təhdid və təzyiqə başladılar. ABŞ Dövlət katibi A.Blinken və Avropa Birliyinin rəsmisi C.Borrel seçkilərdəki “pozuntuları araşdırmağa” çağırdılar. Böyük Britaniya XİN-i də gürcü hökumətini “seçkilərdəki mümkün pozuntuları araşdırmağa” səslədi. ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller: “Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir” ifadəsini açıq dilə gətirdi. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia eddi. Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir. Moldovada seçkilərin nəticələrinin faktiki olaraq saxtalaşdırılmasının arxasında da ABŞ və Fransa dayanırdı. Amma bu planlar Gürcüstanda reallaşmadı. Gürcü xalqı buna imkan vermədi.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, əslində, müxalifətin seçkinin nəticələrinə etiraz etməsi və aksiyalara başlaması öncədən proqnozlaşdırılırdı. Ekspertin sözlərinə görə, Qərb faktiki olaraq Gürcüstanı itirmək istəmir:

"Buna görə də rəngli inqilab ssenarisini aktivləşdirib. Prezident Zurabişvilinin liderlik etməsi də proseslərin pərdəarxasında Qərbin olduğunu deməyə əsas verir. Prezidentin təcümeyi-halına nəzər yetirdikdə görmək olar ki, bu şəxs bir çox diplomatik vəzifələri icra edib. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə hər iki dövlətin prezidenti arasında əldə olunan razılığa əsasən Gürcüstan vətəndaşlığını qəbul edib və bu ölkənin ilk qadın xarici işlər naziri təyin olunub. O, Rusiya qüvvələrinin Gürcüstan ərazisinin mübahisəsiz hissələrindən çıxarılmasına səbəb olan müqavilə üzrə danışıqlar aparıb. Zurabişvili prezident olmasına baxmayaraq, Qərblə, xüsusilə də kəşfiyyat qurumları ilə təmasları kəsilməyib. Bu da onun hazırda proseslərə liderlik etməsini bir daha açıqlayır".
Analitik qeyd edib ki, Gürcüstan faktiki olaraq Qərbin vədlərinə inanmır: "Son zamanlar Gürcüstanın Qərbə qarşı qəbul etdiyi qanunlar, həmçinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri Tbilisinin xarici siyasi kursunda dəyişikliyə gedəcəyini göstərir. Hazırkı proseslər isə göstərir ki, Qərb Gürcüstana təzyiq yolunu seçib. Lakin bunun nəsə dəyişiklik yaratması real deyil. Belə olarsa, Qərb Tbilisi ilə uzlaşma yoluna gedə bilər. Mövcud vəziyyət Rusiyanı məmnun etsə də, "Gürcü Arzusu" Kremllə buzları tez bir zamanda əritməyəcək. Moskva Tbilisini yenidən qazanmaq, həmçinin prosesləri əvvəlki məcrasına salmaq üçün əlindən gələni edəcək. "Gürcü Arzusu" isə Azərbaycanın illərdir tətbiq etdiyi balans siyasətinin bənzəri bir kurs izləyə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət