
Bakı Yaxın Şərq regionunu izləyir- RƏY
Yusif Nəzərli
14:11 21.12.2024
Siyasət
591
Azərbaycan İsrailin özünün təhlükəsizliyini qoruma haqqına hörmət etsə də, dindaşlarının da haqsız ölümünə səssiz qalmır
Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışında bölgədəki gərgin situasiyanın dərin narahatlıq doğurduğunu bildirib. Ə.Əsədov deyib ki, Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb: “İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan bu ağır dövrdə Qəzzanın sakinləri ilə həmrəyliyini ifadə edir.
Azərbaycan Fələstindəki qardaş və bacılarımıza maddi yardım göstərmək üçün hər zaman səy göstərib. Ölkəmiz bu böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırıb”. Ekspertlərin fikrincə, baş nazirin bu sözləri, prinsipcə, Azərbaycanın Fələstin və Livandakı vəziyyətə real baxışıdır.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın Yaxın Şərq siyasəti bir çox hallarda düzgün qiymətləndirilmir. Ekspertin sözlərinə görə, hətta buna görə cənub qonşumuz İran əsassız olaraq ittihamlar səsləndirir:

"Rəsmi Bakı münaqişələrin həllində hər zaman beynəlxalq hüququ və diplomatiyanı əsas götürür. Azərbaycan digər münaqişələr kimi, Fələstin məsələsində də bu prinsipi əsas götürür. Baş nazirin dediklərindən bir daha aydın olur ki, Azərbaycan Yaxın Şərq regionunu izləyir, zəruri vəziyyətdə humanitar yardımlar edir. İsrailin Qəzzada HƏMAS-a, Livanın cənubunda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar antiterror olsa da, Təl-Əvivin tətbiq etdiyi metodlar müharibə cinayətlərinə gətirib çıxarır. Müqayisə üçün deyim ki, Azərbaycan da Qarabağda lokal xarakterli antiterror əməliyyatları həyata keçirib, lakin mülki şəxslərin zərər görməməsi üçün bütün tədbirləri alıb".
T.Rzayevə görə, İsrail Azərbaycanın strateji tərəfdaşı olsa da, ölkəmiz müsəlman coğrafiyasının mühüm parçasıdır:
"Azərbaycan İsrailin özünün təhlükəsizliyini qoruma haqqına hörmət etsə də, dindaşlarının da haqsız ölümünə səssiz qalmır. Eyni şəkildə rəsmi Bakı Yaxın Şərqdə din əsaslı silahlı mübarizəni, habelə “cihadçılıq”, radikal islami ideologiyaları da dəstəkləmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya