Heydər Əliyev Zəfərin ideoloji əsaslarını yaratdı - TƏHLİL
15:00 04.11.2025
Siyasət
499
Səbinə İsgəndərli: "Ulu Öndərin "Azərbaycan müstəqil, güclü və qalib dövlət olacaq" fikri gerçəkliyə çevrildi"
Azərbaycan xalqının dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin adı müstəsna bir yer tutur. XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş gənc respublikanın taleyi, gələcəyi məhz onun uzaqgörən siyasəti, müdrik idarəçiliyi və millətinə sonsuz sevgisi sayəsində qorunub saxlanıldı. Heydər Əliyev Azərbaycan xalqına təkcə sabitlik və təhlükəsizlik bəxş etmədi, həm də gələcək Zəfərin ideoloji əsaslarını yaratdı.
1990-cı illərin mürəkkəb dövründə dövlətçiliyin bərpası, ordunun formalaşdırılması, milli birliyin möhkəmləndirilməsi və beynəlxalq arenada Azərbaycanın tanıdılması istiqamətində atılan hər bir addım sonradan böyük qələbəmizin bünövrəsinə çevrildi. Heydər Əliyevin “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” fikri bu gün də bütün dövlət siyasətinin əsas istiqamətini müəyyən edir.
Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin davamçısı olan Prezident İlham Əliyev həmin ideyaları yeni dövrün çağırışlarına uyğun şəkildə həyata keçirdi. Heydər Əliyevin yaratdığı möhkəm dövlət təməli üzərində İlham Əliyev güclü, modern və müasir Azərbaycan dövlətini formalaşdırdı. Onun rəhbərliyi ilə ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan regionun liderinə çevrildi.
Məhz bu siyasi irsin, bu uzaqgörən xəttin davamı idi ki, 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Hər qarışı şəhid qanı ilə yoğrulmuş torpaqlarımız azad edildi, 30 illik həsrət sona çatdı. Bu qələbə yalnız hərbi deyil, eyni zamanda milli mənəviyyatın, birlik və vətənpərvərliyin təntənəsi idi.
Zəfər salnaməmiz Heydər Əliyev məktəbinin canlı təzahürüdür. Ulu Öndərin “Azərbaycan müstəqil, güclü və qalib dövlət olacaq” uzaqgörən fikri bu gün gerçəkliyə çevrilmişdir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda sülhün, inkişafın vəədalətin carçısına çevrilib. Hər bir uğur, hər bir nailiyyət, hər bir qələbə Heydər Əliyev siyasətinin həyatdakı davamıdır.
Bu gün Azərbaycan xalqı öz Zəfər salnaməsini quruculuq salnaməsinə çevirir. Azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işləri aparılır, şəhərlərimiz, kəndlərimiz dirçəlir. Qarabağda və Şərqi Zəngəzurda ucalan yeni həyat, əslində, Ulu Öndərin arzuladığı güclü, firavan Azərbaycanın təcəssümüdür.
Heydər Əliyev siyasətinin davamı olaraq İlham Əliyev xalqın birliyinə, dövlətin qüdrətinə və milli maraqlara əsaslanan yeni mərhələni - Zəfər dövrünü yaratdı. Bu dövr Azərbaycanın tarixindəəbədi qalacaq, gələcək nəsillər üçün qürur mənbəyi olacaq. Zəfər bizim milli kimliyimizin, birliyimizin və Heydər Əliyev irsinin ən parlaq nəticəsidir.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya