Azərbaycanın əmtəəlik təbii qaz ehtiyatları açıqlandı
10:57 19.08.2021
İqtisadiyyat
604
Bu ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17 milyard 409,9 milyon kubmetr təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, ehtiyatların 86,1 %-i hasilatın, 13,9 %-i qalığın hesabına formalaşıb. Təbii qazın 35,8 %-i istehlak, 51,7 %-i ixrac olunmuş, 2,8 %-i itkiyə getmiş, 9,7 %-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,2 %-i istehsal ehtiyaclarına sərf edilmiş, 37,8 %-i isə əhaliyə satılıb.
Bu ilin yanvar-iyun aylarında 8 milyard 992,2 milyon kubmetr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 % çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2 milyard 360,3 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % çox təbii qaz istehlak edilmiş, onun 37,2 %-i Bakı şəhərinin, 3,5 %-i Naxçıvan Muxtar Respublikasının, 10,7 %-i Abşeron-Xızı, 6,1 %-i Mərkəzi Aran, 6 %-i, Gəncə-Daşkəsən, 6 %-i Lənkəran-Astara, 5,9 %-i Qazax-Tovuz, 5 %-i Şəki-Zaqatala, 4,9 %-i Quba-Xaçmaz, 4,6 %-i Qarabağ, 3,9 %-i Mil-Muğan, 3,8 %-i Şirvan-Salyan, 2,4 %-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya