“Səbəblərdən biri risklərin yüksək olması, digəri isə bankların Mərkəzi Bankdan aşağı faizlə kredit ala bilməməsidir”
Banklar təkrəqəmli faizlə kredit verəcək? – Yollar və səbəblər göstərildi
10:04 16.12.2020
İqtisadiyyat
870
“Bunu inzibati qaydada tənzimləmək mümkün deyil”
“Öncə faiz dərəcələrinin hansı səbəbdən yüksək olmasını tapıb,aradan qaldırmaq lazımdır”
“Səbəblərdən biri risklərin yüksək olması, digəri isə bankların Mərkəzi Bankdan aşağı faizlə kredit ala bilməməsidir”
Parlamentin dünən keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili kredit faizlərindən danışıb. O bildirib ki, hökumət bank sahəsi ilə bağlı yeni qanun layihəsi hazırlayır:
“Hesab edirəm ki, həmin qanun qəbul olunandan sonra bank kreditlərinin faizinin aşağı salınmasına imkan verəcək”.Bank kreditlərinin illik faiz dərəcələrinin yüksək olması problemi hər dəfə gündəmə gəlir. Məsələ gündəmə gəldikdə isə kredit götürən insanlar və kredit verən təşkilatlar bir-birini günahlandırmağa başlayırlar. Faizlərin yüksək olması isə danılmazdır”.
Şübhəsiz ki, bankların kredit faizlərini yüksək qoyması cəmiyyətdə ciddi narazılığa yol açıb. İnsanlar Azərbaycanda və qonşu ölkələrdə verilən kredit faizlərini müqayisə edib, fərqi aydın görə bilirlər. Bu mənada iddia edirlər ki, ölkəmizdə də banklar kreditləri təkrəqəmli faizlə versin.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov"Sherg.az"a danışarkən deyib ki, bunu inzibati qaydada tənzimləmək mümkün deyil:
"Bankların təkrəqəmli faizlə kredit verməsi haqqında qanun qəbul edilərsə, bu halda heç kim kredit verməyəcək. Çünki bu banklara sərf etməyəcək. Ölkəmizdə faiz dərəcələrinin yüksək olmasının müəyyən səbəbləri var. Məsələni həll etmək üçün faiz dərəcələrinin hansı səbəbdən yüksək olmasını tapıb,aradan qaldırmaq lazımdır.
Səbəblərdən biri risklərin yüksək olmasıdır. Əgər bank min nəfərə kredit verirsə, onlardan 20-si krediti ödəməyə bilər.Kredit götürən şəxs əgər onu banka ödəməzsə, məhkəmə, yaxud başqa qanuni əsaslarla ödənişin qaytarılması xərclərə səbəb olur. Bu riski gözə alan banklar da çarəni faiz dərəcəsini qaldırmaqda görür.
İkinci səbəb isə bütün bankların Mərkəzi Bankdan (MB)aşağı faizlə kredit ala bilməməsidir. MB-nın bu günə olan uçot dərəcəsi 6.5 faizdir. Lakin bütün banklar həmin faiz dərəcəsindən eyni qaydada yararlana bilmir".
Ekspert əmanətlərin faiz dərəcəsinin yüksək olmasına da toxunub:
"Banklarımızın əsas gəlir mənbəyi əmanətlərdir. Əmanətlər üzrə qorunan faiz dərəcəsinin 12 faizi olması da sözügedən məsələnin digər səbəbidir. İnsanlar banka qoyulan əmanətləri adətən gəlir mənbəyinə çevirirlər. 12 faizlə əmanət qəbul edən bankların da təkrəqəmli faizlə kredit verməsi mümkün deyil".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət