Bazar çökə bilər
Turan
04:24 08.09.2021
İqtisadiyyat
677
Vahid Ələkbərov neftin qiymətinin 100 dollardan yuxarı olmasını istəmir
Natiq Cəfərli: "Lukoil"in prezidenti haqlıdır, 65-70 dollar civarında olan neft qiymətləri istehsalçılar və istehlakçılar üçün optimal sayıla bilər"
Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov “Kommersant”a müsahibəsində neft bazarındakı mövcud vəziyyəti şərh edib. Şirkət rəhbəri bildirib ki, neft qiymətlərinin 100 dollardan yuxarı olması bazarı çökdürə bilər: “Neft qiymətlərinin bir barel üçün yüz dollarında çox olması aşağı gəlirli layihələrə investisiyaları stimullaşdıra və bununla da bazarın çökməsinə səbəb ola bilər. Ona görə də neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı olmasını istəməzdim”. V.Ələkbərov əlavə edib ki, neftin 65-75 dollar civarında olan qiymətləri istehlakçılar üçün komfortludur. Onun sözlərinə görə, “OPEC+” sazişi istehlakçılara qiymətlərdə kəskin artım olmayacağına əmin olmağa imkan verir, çünki bunun qarşısını almaq üçün ehtiyatlar var: “Düşünürəm ki, “OPEC+” alyansı müəyyən müddət üçün deyil, həmişəlik yaradılıb”.
İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə açıqlamasında “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovun sözlərində həqiqət olduğunu deyib. İqtisadçı bildirib ki, anidən neft qiymətlərində kəskin yüksəliş müşahidə olunarsa, bir müddət sonra ciddi enmələr qaçılmaz olacaq:
“Vahid Ələkbərovun dediyi çöküşə 2008-ci ildə şahid olmuşuq. Neftin bir barelinin qiyməti 145-148 dollara qədər çıxsa da, sonrakı illərdə kəskin ucuzlaşma baş verdi. 2014-2015-ci illərdə eyni vəziyyəti təkrar müşahidə etdik. Xeyli aşağı düşmüş neft qiymətləri 120 dollara qalxdı və sonradan 40-45 dollara kimi düşdü. Ötən illərdə neftin qiymətində baş vermiş ucuzlaşmalar isə pandemiya ilə bağlı idi və kifayət qədər ciddi problemlərlə üzləşdik. İndi neft bazarında müəyyən mənada sabitlik bərqərar olunub. Məsələ ondadır ki, bəzi hallarda qiymətlər təbii yox, süni yolla qaldırılır. “OPEC+” anlaşması hasilatı kəskin azaltmaq yolu ilə qiyməti yüksəltməyə çalışdı. Amma indi hasilatı artırmaq qərarına gəliblər. Görünür, neft bazarında balans yaratmağa çalışırlar”.
N.Cəfərlinin fikrincə, 65-70 dollar civarında olan neft qiymətləri istehsalçılar və istehlakçılar üçün optimal sayıla bilər:
“Qiymətin bu şəkildə uzun müddət qalması hər iki tərəfi də qane edir. Lakin qlobal prosesləri nəzərə alaraq neft qiymətlərinin uzun müddət sabit qalacağını söyləmək çətindir. Müəyyən müddət sonra qiymətlərdə yenidən ucuzlaşma labüddür. Çünki dünyada yeni trend var – alternativ enerjiyə və elektrikli avtomobillərə keçid. Bu məqam istər-istəməz gələcəkdə neftə tələbatı azaldacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Donald Tramp: İndiyə qədər gülən kommunist görməmişəm
16:55 22.08.2026
Dünya
Türkiyədə helikopter qəzaya uğrayıb
16:23 22.08.2026
Hadisə
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
16:13 22.08.2026
Dünya
Azər Həsrət: “Türk dövlətlərinin hərbi inteqrasiyası qaçılmazdır"
15:51 22.08.2026
Gündəm
Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək
15:37 22.08.2026
Hərbi
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya