Bizə azad iqtisadi bazar lazımdır
07:20 02.09.2021
İqtisadiyyat
636
Ona görə Rusiya ilə inteqrasiyanı genişləndirməkdənsə, daha çox Avropa ölkələri ilə sazişlər imzalanmalıdır
Sahibkarların Rusiyaya məhsul ixracı asanlaşacaq. Bu məqsədlə Azərbaycanla Rusiya arasında idxal-ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatların təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə iki ölkənin informasiya sistemləri arasında inteqrasiya işləri həyata keçirilir. Bəs, Rusiyaya məhsul ixracının asanlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Nazim Bəydəmirli "Şərq"ə açıqlamasında bildirib ki, əsas ticarət partnyorumuz olan ölkələrlə ikitərəfli münasibətlərin normallaşması, o cümlədən idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, əlavə vergi rüsumlarının götürülməsi iqtisadi fəallığı artırır. Ekspert qeyd edib ki, bu həm də məhsulların maneəsiz gediş-gəlişini asanlaşdırır:
"Ancaq qeyd edim ki, Rusiya elə ölkələrdəndir ki, o, ticarət münasibətlərini sona qədər beynəlxalq hüquqa uyğun aparmır. Müxtəlif dövrlərdə müxtəlif ölkələrə qarşı siyasi problemlər olduqda hər hansı bir siyasi maraqlar çərçivəsində o, ticarətdən bir silah kimi istifadə edir. Heç də yadımızdan çıxmayıb ki, Türkiyə ilə pomidor müharibəsi, eyni zamanda Azərbaycandan kənd təsərrüfatı məhsulları, o cümlədən pomidor və almaya tətbiq edilən məhdudiyyətlər və s. də bunlar arasında idi. Eyni zamanda qeyd edim ki, son zamanlar Rusiya özü yaratdığı gömrük ittifaqını daha da genişləndirir. Əslində bu gömrük ittifaqı Rusiya üçün iqtisadi mahiyyətdən daha çox siyasi mahiyyət daşıyır. Bu ölkələrə məhsul idxalını və ixracını asanlaşdırmaqla, guya öz aləmində digər ölkələrə məhdudiyyətlər tətbiq etməklə təşviq edir. Misal çəkim, bu gün taxıl məhsullarını Rusiya ən çox istehsal və ixrac edən ölkədir. Buğda, arpa, qarğıdalı məhsullarına aksiz vergisi tətbiq edir. Gömrük ittifaqına daxil olmayan ölkələrə isə əlavə aksiz rüsumu tətbiq etməklə, bunu məhdudlaşdırır. Misal üçün, Ermənistana, Qazaxıstana, Belarusa və yaxud Qırğızıstana gömrük rüsumsuz göndərilən mallar Azərbaycana və digər ölkələrə gömrük rüsumu tətbiq edilir. Beləliklə bu, ölkələrdə süni bahalaşma yaradır. Əvvəlcədən də bilirik ki, Azərbaycan taxıl tədarükünün əksər hissəsini Rusiyadan tədarük edir".
N.Bəydəmirli hesab edir ki, Rusiya ilə bərabər həm də Avropa İttifaqı ölkələri ilə azad ticarət haqqında anlaşma sazişi imzalanmalıdır:
"Necə ki, Ermənistan bunu edir. Həmçinin Gürcüstan da edib. Moldova, Ukrayna isə azad ticarət haqqında saziş imzalayıb və onun bazarı daha böyükdür. Hesab edirəm ki, Rusiya ilə inteqrasiyanı genişləndirməkdənsə, daha çox Avropa ölkələri ilə bu mənada belə sazişlər imzalanmalı və beləliklə, Azərbaycan məhsullarının bazara çıxışı asanlaşdırılmalıdır. Çünki Avropa bazarı Rusiya bazarından dəfələrlə böyükdür və imkanları daha sabitdir. Ona görə mən bütün bu addımları siyasi yaxınlaşma kimi hesab edirəm. Fikrimcə, bunlar Qarabağ, sülhməramlılar və son hadisələr fonunda Rusiyanın təzyiqi ilə atılan addımlardır. Ancaq yenə də təkrar edirəm ki, istənilən ölkənin, o cümlədən Rusiya ilə ikitərəfli, yəni iki ölkənin maraqlarına cavab verən əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıyam. Zənnimcə, Azərbaycan hökuməti də bu məsələlərə önəm verməlidir. Bütün bu anlaşmalarda baxmaq lazımdır ki, o bizə və Rusiyaya nə verir. Əgər bizim ölkəmizin maraqlarına uyğundursa, təbii ki, belə sazişləri alqışlamaq lazımdır. Ancaq hesab edirəm ki, Rusiya ilə istənilən bir yöndə çoxtərəfli anlaşmaya getmək lazım deyil. Hətta onların bu birlikləri iqtisadi, sosial mahiyyət daşısa belə həmin birliklər Kreml vasitəsilə yaradılıb və bir təzyiq mexanizmidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual