Nazir: "Bu il SOCAR-ın paylarının satışı planlaşdırılmır"
07:01 21.01.2021
İqtisadiyyat
854
Bu il dövlət şirkətlərinin, o cümlədən SOCAR-nın paylarının satılması planlaşdırılmır.
"APA-Economics"in verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg"ə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan satış üçün vaxt çərçivəsi olmayan və indiyədək təklif edilməmiş yeni aktivlərin daxil olacağı özəlləşdirmə proqramını qəbul etmək niyyətindədir: "Özəlləşdirmə naminə özəlləşdirmə etmək və ya müəyyən bir müddət çərçivəsində özəlləşdirmə aparmağı doğru olduğuna inanmırıq və bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyərini artırmaq üçün imkan verən investisiya holdinqi qurmaq idi".
Qeyd edək ki, 2020-ci ilin avqust ayında Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb. Həmin ilin noyabr ayında isə Prezident SOCAR, "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat
Akif Beybutov vəfat etdi - Foto
09:33 28.10.2026
Hadisə