Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172 min tondan çox olub. Rusiyaya pomidor tədarükünün həcminə görə, Azərbaycan birinci yerdədir. İqtisadçı-ekspertlərə görə, Azərbaycan üçün qeyri-neft və qeyri-xammal sektorunun inkişafı prioritetdir. Qeyri-neft ixracatımız baxımından Rusiya alternativsiz prioritet ölkədir. Rusiyanın Azərbaycandan tomat və almanın idxalına qadağa qoyması ölkəmiz üçün olduqca ciddi iqtisadi zərərə səbəb ola bilər. Ona görə də Azərbaycanın aidiyyəti qurumları təxirəsalınmaz şəkildə Rusiyanın müvafiq qurumları ilə danışıqlara getməli və problemin həlli üçün səylər göstərməlidir. Qərarın siyasi məqsədlər üçün verildiyini iddia edənlər də var. Onların fikrincə, müəyyən məhsulların idxalına qadağa siyasi proseslər fonunda təzyiq vasitəsi kimi də gündəmə gələ bilir.
Pomidor sadəcə bəhanədir
Turan
08:43 16.12.2020
İqtisadiyyat
601
Natiq Cəfərli: "Azərbaycan hökuməti bu kimi riskləri nəzərə alaraq, alternativ bazarlara çıxış imkanı əldə etməlidir"
Məlum olduğu kimi, Rusiya dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) qəbul edib. Xidmətin məlumatına görə, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkarlanıb və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər. Xatırladaq ki, Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172 min tondan çox olub. Rusiyaya pomidor tədarükünün həcminə görə, Azərbaycan birinci yerdədir. İqtisadçı-ekspertlərə görə, Azərbaycan üçün qeyri-neft və qeyri-xammal sektorunun inkişafı prioritetdir. Qeyri-neft ixracatımız baxımından Rusiya alternativsiz prioritet ölkədir. Rusiyanın Azərbaycandan tomat və almanın idxalına qadağa qoyması ölkəmiz üçün olduqca ciddi iqtisadi zərərə səbəb ola bilər. Ona görə də Azərbaycanın aidiyyəti qurumları təxirəsalınmaz şəkildə Rusiyanın müvafiq qurumları ilə danışıqlara getməli və problemin həlli üçün səylər göstərməlidir. Qərarın siyasi məqsədlər üçün verildiyini iddia edənlər də var. Onların fikrincə, müəyyən məhsulların idxalına qadağa siyasi proseslər fonunda təzyiq vasitəsi kimi də gündəmə gələ bilir.
İqtisadçı-ekspert Natiq Cəfərli “Şərq”ə bəyan edib ki, Rusiyanın son illərdə bənzər qərarlarına nəzər yetirdikdə görürük ki, qərarların hamısında siyasi səbəblər var. N.Cəfərli vurğulayıb ki, indiyədək Azərbaycana qarşı 4-5 bu cür qərarlar tətbiq olunub:
“Sadəcə Azərbaycana deyil, Moldovaya, Gürcüstana, Ukraynaya, hətta ən yaxın müttəfiqi Belarusa belə kəskin münasibətlər fonunda oxşar addımlar atıb. Müxtəlif ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına bəhanələrlə qadağa qoyulub. Pomidor Azərbaycanın ixracatında mühüm rol oynayan əsas kənd təsərrüfatı məhsuludur. Rusiyaya il ərzində kifayət qədər böyük həcmdə pomidor ixrac olunur. Pomidorun seçilməsi təsadüfi deyil. 10 dekabr günündə belə bir qərarın verilməsi də məqsədyönlüdür. Həmin gün Azərbaycanda hərbi parad keçirilirdi və Türkiyə ilə sıx dostluq, qardaşlıq nümayiş etdirilirdi. Rusiyanın bundan ciddi narahat olduğu təbiidir. Ona görə qərarın siyasi olduğu qənaətindəyəm”.
Ekspertə görə, qərarın iqtisadi təsirləri də qaçılmazdır:
“İlin sonunda, dekabr ayında Azərbaycanın ixracatı həmişə artırdı. Çünki Rusiyada yeni il bayramları uzunmüddətlidir, 10 gün bayram tədbirləri keçirilir və istehlak kəskin artır. Azərbaycan hökuməti bu kimi riskləri nəzərə alaraq, alternativ bazarlara çıxış imkanı əldə etməlidir. İndi danışıqlar gedir, ümid edirik ki, yeni ilə qədər müsbət nəticə əldə olunacaq. Əks halda bir aylıq qadağa iqtisadiyyatımızda 25 milyon dollarlıq axsamalar qaçılmaz olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət