"Prezidentin sosial sahə ilə bağlı inqilabi qərarları əhalinin rifahını təmin edir"
Ayyət Əhməd
12:36 23.09.2019
İqtisadiyyat
809
"Prezident İlham Əliyevin məqsədyönlü, uzaqgörən və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan regionda güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik bir dövlətə çevrilib. Ölkə rəhbərinin müdrik siyasəti və qətiyyətinin nəticəsi olaraq Azərbaycan ildən-ilə yeni qələbələrə doğru inamla irəliləyir. Zəfərə gedən yolda heç bir qüvvə Azərbaycan xalqına və onun liderinə mane olmaq iqtidarında deyil".
Bunu Sherg.az-a millət vəkili Kamilə Əliyeva Prezidentin sosial siyasətindən danışarkən deyib. O, bildirib ki, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda köklü islahatların həyata keçirilir:
"Dövlət proqramları qəbul edildi, mühüm layihələr reallaşdırılır. Görülən işlər nəticəsində regionların sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılıb, yeni iş yerləri açılıb, ümumi daxili məhsulun həcmi artıb. Dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan investisiya qoyulan ölkədən investisiya yatıran ölkəyə çevrilib, neft sektorunun inkişafından qeyri-neft sektorunun inkişafına əsl keçid mərhələsi başlayıb. İnsanların maddi rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən sosial islahatlar hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Qısa zaman kəsiyində ölkədə əməkhaqları, pensiyalar iki dəfə artırılıb.
Pensiyaların minimum həddi 200 manata, əməkhaqlarının minimum həddi 250 manata qaldırılıb. Sosial müavinətlər, təqaüdlər artırılıb, problemli kredit məsələsi öz həllini tapıb, şəhid ailələrinə müavinətlər ödənilib. Ümumilikdə, ölkə başçısının sosial sahə ilə bağlı inqilabi qərarları əhalinin rifahını təmin edir. Xalqın dəstəyinə arxalanan Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya