Qarabağın bərpasına həsr olunmuş biznes forum keçirilib - FOTO
15:23 10.09.2021
İqtisadiyyat
425
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forum keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlər keyfiyyətcə yeni müstəvidə ildən-ilə daha da genişlənir. TDƏŞ-ə üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. 1995-ci ildən 2021-ci ilin 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,6 mlrd. ABŞ dolları sərmayə yatırıb.
İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallışdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından danışan Mikayıl Cabbarov Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasındakı maneənin aradan qalxması ilə region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmir yolu şəbəkələrinin formalaşdırılması imkanı yarandığını, hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində aktiv işlər aparıldığını diqqətə çatdırıb. Nazir əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcəkdir.
İqtisadiyyat naziri 44 günlük Vətən müharibəsi dövründə Türk Şurasının Azərbaycana böyük dəstək verdiyini vurğulayıb. Qeyd edilib ki, azad edilmiş ərazilərimizin bərpasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin şirkətlərinin böyük marağı və bu şərəfli işdə Azərbaycanın yanında olmaq istəkləri yüksək qiymətləndirilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumda tikinti, nəqliyyat-logistika, kənd təsərrüfatı, qida sənayesi, bərpa olunan enerji, yüngül sənaye, turizm, mədənçilik və digər sahələrdə fəaliyyət göstərən çoxsaylı iş adamının iştirakı türkdilli ölkələrin dostluq və qardaşlığının daha bir nümunəsidir.
Türk Şurasının Baş katibi Bağdad Amreyev TDƏŞ-in üzv ölkələrin iş adamları arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, təşkilatın fəaliyyəti, görülən işlər, türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasının türkdilli dövlətlərin ümumi işi olduğunu və Qarabağın türk dünyasının inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini vurğulayıb.
Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstanın nümayəndə heyətlərinin rəhbərləri və digərləri çıxışlarında sahibkarlıq, investisiya, “yaşıl” iqtisadiyyat, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb, təmsil etdikləri ölkələrin şirkətlərinin Qarabağın bərpası və yenidən qurulmasında iştirakda marağını ifadə ediblər.
Tədbir çərçivəsində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görüləcək işlər barədə təqdimat keçirilib.
Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd xarici ticarət fəaliyyətinin təşkili və stimulaşdırılması sahəsində təcrübə mübadiləsi məsələlərini ehtiva edir.
Forum işini ikitərəfli görüşlərlə davam etdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Donald Tramp: İndiyə qədər gülən kommunist görməmişəm
16:55 22.08.2026
Dünya
Türkiyədə helikopter qəzaya uğrayıb
16:23 22.08.2026
Hadisə
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
16:13 22.08.2026
Dünya
Azər Həsrət: “Türk dövlətlərinin hərbi inteqrasiyası qaçılmazdır"
15:51 22.08.2026
Gündəm
Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək
15:37 22.08.2026
Hərbi
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya