Qısa zamanda Qarabağ bölgəsində iqtisadi layihələr bərpa olunacaq
11:17 28.08.2021
İqtisadiyyat
798
“İşğaldan azad edilmiş ərazilərdə mövcud olan iqtisadi potensialdan düzgün və səmərəli istifadə edilməsi bölgənin gələcək inkişaf üçün böyük perspektivlər vəd edir. Xüsusilə də müasir dövr üçün yeni texnologiyaların, innovativ metodların tətbiqi, bazar prinsiplərinə əsaslanan, dayanıqlı və strateji layihələrin həyata keçirilməsi çox önəmlidir. Bu sahədə inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən istifadə edilməsi və tanınmış brendlərin cəlb edilməsi həmin layihələrin, iqtisadi sahələrin daha səmərəli və davamlı inkişafı üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, siyasi suverenliyin, sabitliyin və inkişafın əsasında sağlam iqtisadi təməllərin dayanması mütləqdir”.
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib.
O qeyd edib ki, bu faktor hərbi-siyasi gücün də formalaşmasına, milli təhlükəsizliyin təmin edilməsinə, ümumilikdə isə ölkənin siyasi mövcudluğuna və xarici təzyiqlərə qarşı duruş gətirməsinə imkan verir:
“Məsələyə iqtisadi-siyasi-sosial və hərbi təhlükəsizliyin təmin edilməsi kontekstindən yanaşdıqda Qarabağ iqtisadi regionunun yenidən bərpa edilməsi, iqtisadi-sosial-mədəni inkişafının təmin edilməsi, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtması dövlətinin qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan dövlətinin müharibə sonrası dərhal işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi-mədəni inkişafı təmin etmək, reinteqrasiyanı həyata keçirmək üçün quruculuq işlərinə start verməsi bunun bariz nümunəsidir. İqtisadi layihələrlə paralel sosial layihələrin, vətəndaşların öz evlərinə qayıtlması üçün mənzil-məişət şəraitinin yaradılması, habelə siyasi institutların da formalaşdırılması dövlətin həmin ərazidə hərbi-siyasi suverenliyinin təmin edilməsi baxımdan olduqca vacibdir. Ermənistanın müharibədə məğlub olmasına, ordusunun darmadağın olmasına baxmayaraq, bu ölkənin hələ də təxribatçı hərəkətləri və havadarlarının onu dəstəkləməyə davam etməsi, yenidən silahlandırmaq cəhdləri, o cümlədən regionda separatçı qüvvələrin qalmaqda davam etmələri Azərbaycan dövlətini daha çevik, məqsədyönümlü, strateji addımlar atmağa sövq edir”.
R.Hüseynov əlavə edib ki, qısa bir zamanda Qarabağ bölgəsində iqtisadi layihələrin həyata keçirilməsi, dünya şirkətlərinin marağının cəlb edilməsi, vətəndaşlarımızın sürətli məskunlaşmasının təmin edilməsi, hərbi potensialımızın, infrastrukturunun formalaşdırılmasına nail olunması Ermənistan və onun havadarları ilə münasibətlərin yenidən müəyyən edilməsi baxımdan əhəmiyyətlidir:
“ Məhz bu baxımdan qiymət verdikdə ölkə başçısı cənab İlham Əliyevin Kəlbəcər və Laçına etdiyi səfərlər və bir çox iqtisadi-infrastruktur layihələrinin təməlinin qoyulmasında iştirak etməsi iqtisadi inkişaf üçün böyük perspektivlər yaradır. Hər iki rayonun əlverişli coğrafi mövqeyinin, zəngin təbii sərvətlərinin, torpaq və bitki örtüyünün, turizm potensialının mövcudluğu buna xidmət edəcəyi düşüncəsini formalaşdırır. Təsadüfi deyil ki, ermənilərin müharibə sonrası hər iki rayonun sərhəd ərazilərində təxribatçı addımlarını davam etmələri, tez-tez atəşkəsi pozmaq cəhdləri də özlərinin mənfur, işğalçı iddialarından hələ də əl çəkmədiklərini göstərir. Düşünürəm, Ermənistanla birbaşa sərhəddə yerləşən hər iki rayona səfərin reallaşdırılması təkcə iqtisadi nöqteyi-nəzərdən deyil, həm də hərbi-siyasi əhəmiyyət daşıyırdı. Xüsusilə də, ölkə başçısının həmin rayonlarda olarkən işğaldan əvvəlki tarixi-siyasi prosesləri xatırlaması, ermənilər tərəfindən saxtalaşdırılmış yerlərin adlarını dilə gətirməsi, bölgənin iqtisadi inkişafının qısa zamanda təmin ediləcəyi və əhalinin öz evlərinə köçürüləcəyi ilə bağlı verdiyi bəyənatlar maraq doğurdu. Regionda sülhün və təhlükəsizliyin təmin edilməsinin zəruri olduğunu vurğulayan dövlət başçısı bunun həm də Ermənistan işğalçı düşüncədən uzaq olmasını, yenidən müharibə cəhdinin yolverilməz olduğunu diqqətə çatdırdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region