“SOCAR PETROLEUM” Ağdamda yeni modul tipli YDM istifadəyə verib
09:20 05.09.2021
İqtisadiyyat
750
Böyük zəfərin ardından işğaldan azad edilmiş, bənzəri olmayan dilbər guşələrimiz tez bir zamanda əvvəlki görkəminə qaytarılır. Bu məqsədlə Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Ağdam şəhərində, inşası hazırda davam edən yeni yolun üzərində, “SOCAR” brendli modul tipli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib. Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 40-a çatdırılıb.
“SOCAR PETROLEUM”dan “Report”a verilən xəbərə görə, yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılmışdır. Beləliklə, bu yanacaqdoldurma məntəqəsində “A-92” markalı benzin və “dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 40 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR PETROLEUM” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual