Son durum ! - "Mənzil bazarında aktivlik aşağı düşüb” – Ucuzlaşır !
10:16 18.12.2020
İqtisadiyyat
682
Nüsrət İbrahimov: “Gələn il də bazarın aktivliyi gözlənilmir, əksinə, qiymətlərdə müəyyən qədər azalma olacaq"
Günbəgün qiyməti artmaqda olan mənzillərə sahiblənmək elə də asan deyil. Hələ paytaxt Bakıda bu məsələ bir az da qəlizləşir. İş və ya başqa səbəblərdən paytaxta üz tutanların çoxu ev problemi ilə üzləşir. Belə halda isə onlar ən "asan" yola, kirayə qalmağa üstünlük verirlər. Bu gedişlə vətəndaş aybaay pulunu verib müəyyən evdə qalırdı. Beləliklə, pul da gedirdi, vətəndaşın şəxsi evi də olmurdu. İndi isə dövlət satmaq öhdəliyi ilə kirayə mənzillərin siyahısı genişləndirilib.
İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) verilən məlumata əsasən, ötən müddət ərsində Fondun razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib. Onlardan 381-nin satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.
İKZF-dan verilən məlumata görə Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların ehtiyacına uyğun 1, 2, 3 və 4 otaqlı mənzillər mövcuddur. Fond, həmçinin, Sumqayıt şəhərində də satmaq öhdəliyi ilə kirayə təklif edilən yaşayış sahələrinin siyahısını bir qədər genişləndirib.
Yəni, vətəndaş kirayə qaldığı evin ödənişini verərək sonralar həmin evə yiyələnə bilir.
Məsələ ilə bağlı “Sherg.z”a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bunları bildirib:
“Bilirsiniz ki, Mənzil-İnşaat Dövlət Agentliyi Xidməti hesabına inşa edilən və satılan güzəştli evlər bazarda aztəminatlı ailələrin tələblərinin ödənilməsi üçün həyata keçirilən bir sosial layihədir.
Bu layihə, artıq bir neçə ərazidə-Bakı, Sumqayıt və Gəncədə icra edilir. Bu gün bəzi ailələr bununla təmin olunub və olunur. Və hazırda belə evlərin tikintisi və satışı həyata keçirilir. Yəni, belə evlər bazar qiymətlərindən 20-25 faiz aşağı qiymətə təklif olunur.
Belə evlərin otaqları Sovet dönəmində olduğu kimi balaca olsa da, sayları 1, 2, 3, bəzən də 4-ə çatır. Həmin mənzillər 35, 50, 60 min manata satılır. Yəni qeyd etdiyim qiymətləri aşmır. Bu da aztəminatlı ailələrin imkanları çərçivəsindədir”.
Ekspert hesab edir ki, gələcəkdə də digər iri şəhərlərimiz olan Lənkəran, Şəki, Şirvan, Yevlax və digər şəhərlərdə də bu layihələr davam etdiriləcək:
“Bilirsiniz ki, COVİD-19 pandemiyası mənzil bazarına da öz hökmünü verdi. Bazarlarda aktivlik 2 dəfə aşağı düşdü. Hətta ilin əvvəlində bu, 3 dəfəyə qədər enmişdi.
Düşünürəm ki, bazarda aktivliyin ölməsi gələn il də davam edəcək. Çünki həm bazarda pul kütləsi azalıb, neftin qiyməti düşüb, həm də ölkədə ümumdaxili məhsulun həcminin azalması, iş yerlərinin bağlanması və s. bazara da öz təsirlərini göstərir.
Və, gələn il üçün də hər halda bundan yaxşı olmayacaq. Gözləntilər belədir. Buna görə də növbəti il də bazarın aktivliyi gözlənilmir, əksinə, qiymətlərdə müəyyən qədər azalma olacaq".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə