Yaxın 5 ildə ölkəmizdə rəqəmsal valyutanın yaradılması mümkün deyil
Yusif Nəzərli
08:05 09.12.2021
İqtisadiyyat
443
Böyük ehtimalla Azərbaycan bənzər təcrübələrin dünyada daha çox yayılmasını gözləyəcək
Mərkəzi Bank tərəfindən ölkədə rəqəmsal manatın yaradılması üzərində tədqiqatlar aparılır və hökumətdə bu istiqamətdə danışıqlar gedir. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, rəqəmsal valyuta aləmində böyük bir dəyişikliyin şahidi olacağıq: “Rəqəmsal valyuta da demək olar ki, geniş miqyasda bizim maliyyə bank sektorunu tamamilə dəyişəcək. Pulla bağlı 3 inqilabi dəyişiklik olub.
Sonuncu dəyişiklik blokçeyn texnologiyaları əsasında kriptovalyutaların dövriyyəyə buraxılması oldu. Artıq rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Hökumətdə bu barədə danışıqlar gedir”. Məlumat üçün bildirək ki, dünyanın bir çox ölkələri artıq bu istiqamətdə nəzəri araşdırmalardan konkret müzakirələrə keçiblər. Avropa Mərkəzi Bankı, habelə bir çox ölkələrin mərkəzi bankları ayrıca rəqəmsal valyuta yaratmağın hərtərəfli təhlil və araşdırmaları ilə məşğuldur. Çində rəqəmsal yuanla bağlı pilot layihəsinin elanından sonra qonşu Yaponiyada da bunu maliyyə təhlükəsi olaraq qəbul edərək sözügedən istiqamətdəki işləri sürətləndirib. Qardaş Türkiyədə də son dövrlər “rəqəmsal lirə” yaratmaq barədə müzakirələr gedir. Azərbaycanda isə nağdsız ödənişlərin həcminin artmasına baxmayaraq rəqəmsal valyutanın dövriyyəsi reallaşdırılmayıb. Mərkəzi Bankın Rəqəmsal Valyutası əsasən elektron pul deməkdir.
Ənənəvi nağd valyutalarda olduğu kimi onu əlində tutan şəxs də mərkəzi bankın öhdəliyini daşıyır. Yenə bununla elektron ödəmələr və köçürmələr edə bilər. Kredit kartları, debet kartları və ödəmə tətbiqetmələri ilə edilən əməliyyatlar əslində bir növ elektron pul istifadəsidir. Lakin kommersiya bankları bunu mərkəzi bankların çap etdikləri əskinasları öz hesablarına yükləməklə edirlər. Fərq bankların rəqəmsal valyutalarının risksiz olmamasıdır. Bankların iflas etməsi halında buradakı hesablarda saxladığınız əmanətləri itirmə riski böyükdür.
İqtisadçı-ekspert Rəşad Həsənov “Şərq”ə bildirib ki, dünyanın böyük dövlətlərinin əksəriyyəti elektron valyutaların yaradılması üçün geniş hazırlıqlara başlayıblar. Azərbaycan Mərkəzi Bankının da bu istiqamətdə addımlar atması qlobal maliyyə bazarının üzvü olan Azərbaycanın gələcəkdə baş verəcək yeniliklərə hazırlıqlı olması baxımından önəmlidir. Ekspert bildirib ki, burada söhbət dijital pulun yaradılmasından gedir:
“Bu, müxtəlif adlarla - rəqəmsal, yaxud “koyn manat” şəklində ifadə oluna bilər. Burada əsas məqsəd blokçeyn texnologiyalarının tətbiq olunmasıdır. Rəqəmsal valyutaların dövriyyəsi daha çox innovasiyanın geniş tətbiq olunduğu və ya innovativ texnologiyaları qəbul etmiş cəmiyyətlərdə perspektivli olur. Əlbəttə, müəyyən zaman çərçivəsində Azərbaycanda da kriptovalyutaların tətbiq edilməsi, rəqəmsal milli valyutanın yaradılması və istifadə edilməsi baş tutacaq. Amma yaxın zamanda mümkün deyil. Tədqiqatlar dedikdə elə düşünməyin ki, bu istiqamətdə konkret komanda fəaliyyət göstərir və onlara verilən vaxt bitdikdən sonra rəqəmsal manatın emissiya edilməsi mümkün olacaq. Yox, elə deyil. Söhbət imkanların öyrənilməsindən, beynəlxalq təcrübə ilə tanışlıqdan, müsbət və mənfi tərəflərinin araşdırılmasından, prosesə nəzarət mexanizmindən gedir. Nəzərə alaq ki, dünyada bununla bağlı təcrübələr də çox deyil. Fərqli Mərkəzi Bankların məsələyə müxtəlif baxışları var. Eyni zamanda beynəlxalq maliyyə təşkilatlarının, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının da ayrı-ayrı yanaşması mövcuddur. Bunlar ümumiləşmədikcə konkret addım atmaq çətindir. Böyük ehtimalla Azərbaycan bənzər təcrübələrin dünyada daha çox yayılmasını gözləyəcək. Praktikada tətbiq edildiyi zaman ortaya çıxan problemlər müəyyənləşsin. Ən azından yaxın 5 ildə rəqəmsal manatın emissiya edilməsini gözləmək sadəlövhlük olardı”.
Ekspert qeyd edib ki, Azərbaycanda pul dövriyyəsinin 90 faizdən çoxu nağd şəkildə olur:
“Ölkədə əhalinin əhəmiyyətli hissəsi kartları nağdlaşdırma məqsədilə istifadə edir. Onlayn ticarət dövriyyəsi pandemiya dövründə bir qədər artsa da, ümumilikdə çox aşağı səviyyədədir. Əhalinin əhəmiyyətli hissəsi, xüsusilə də orta və yaşlı nəsil məsələyə konservativ yanaşmır. Kriptovalyutanın dövriyyəsinin genişlənməsində digital baçarıqların inkişafı çox əhəmiyyətlidir. Bizdə hələlik əhalinin digital bacarıqları, mövcud infrastruktur buna tam olaraq şərait yaratmır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat