“Zolotoe Solnişko” üç qat baha satılır:“Soyğunçuluqdur”
Fidan Həmişəyeva
10:56 30.04.2021
İqtisadiyyat
1172
“Bu soyğunçuluğu həm məmur sahibkarlığı, həm də Gömrük Komitəsinin müvafiq bəyannamə qiymət siyasəti yaradır”
Son günlər bəzi ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Əməkdaşlarımız məsələni dəqiqləşdirmək üçün bir neçə mağazada olublar. Əvvəllər 7.60 AZN-a olan “Zolotoe Solnişko” duru qarğıdalı yağının qiyməti hazırda 10.40 AZN-dır. Bahalaşmanın hansı səbəbdən qaynaqlandığı isə bilinmir. Hətta bu hal bəzi narazılıqlara da səbəb olur. Şəhəri bürüyən bahalaşma dalğası isə aidiyyəti qurumları qətiyyən narahat etmir.
İqtisadçı-alim Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında təəssüflə bildirib ki, dünya bazarında bu tipli yağların tonu qablaşdırılmamış halda təqribən 1000 dollar ətrafındadır:
“Bizə ərzaq məhsulları idxal edilən ölkələrdə -Rusiya və Ukraynada qiymətlər çox baha deyil. Rusiyada 120 rubl təxminən 1 dollar 60 sent civarındadır. Bu civarda olan malın Azərbaycana gəlib çıxması təbii ki, iqtisadiyyatımızda və gömrük sistemində ciddi inhisarçılığın olmasından xəbər verir.
Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının bu duruma salınmasının səbəbi süni qiymət artımıdır. Süni qiymət artımı Gömrük Komitəsi tərəfindən əsassız olaraq gömrük bəyannamələrində artırılır. Beləliklə, sahibkarlara müəyyən məhdudiyyət yaradılır”.
İqtisadçı qeyd edib ki, daxili bazarımızın monopoliyaya alınması ilə həmin mala tələbat olduğu halda Azərbaycan sahibkarları məhsulu xarici bazarlardan ən çoxu 1000 dollara alır:
“Sözügedən məhsul ölkəmizə qablaşdırılmış şəkildə daxil olanda 2.50-3 manatdan artıq ola bilməz. Lakin bu məhsulun üç qat baha satılması soyğunçuluqdur.
Hesab edirəm ki, bu soyğunçuluğu həm məmur sahibkarlığı, həm də Gömrük Komitəsinin müvafiq bəyannamə qiymət siyasəti yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm