
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir -ŞƏRH
11:57 18.07.2025
Region
623
İranın Rusiyadakı səfiri Kazem Cəlali İran və Rusiya arasında hərtərəfli strateji sazişin artıq qüvvəyə mindiyini və icra oluna biləcəyini açıqlayıb.
Bu barədə o, "RIA Novosti" agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, sazişin hüquqi mərhələləri hər iki ölkədə yekunlaşıb və əməkdaşlıq sahələri üzrə layihələr real şəkildə həyata keçirilir.
Səfir qeyd edib ki, İsrailin İrana son hücumlarına baxmayaraq, Rusiya ilə birlikdə "Buşehr" atom elektrik stansiyasının ikinci və üçüncü bloklarının tikintisi əvvəlcədən planlaşdırıldığı kimi davam edir.
K.Cəlali əlavə edib ki, İran və Rusiya arasında əməkdaşlıq yalnız regional hadisələrlə məhdudlaşmır, tərəflər arasında siyasi və iqtisadi razılaşmalar əsasında birgə layihələr icra olunur.
ABŞ ilə mümkün danışıqlar barədə sualı cavablandıran səfir bildirib:
"Hazırda ABŞ ilə dialoq üçün heç bir şərait yoxdur. Amerikalılar hələ də öz davranışlarını düzəltmək üçün səy göstərməyiblər".
Qeyd edək ki, 17 yanvar 2024 tarixində Moskvada İran və Rusiya prezidentləri tərəfindən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişdə ticarət və iqtisadiyyatdan əlavə innovasiya texnologiyaları, dincməqsədli nüvə enerjisi, informasiya və kiber təhlükəsizlik, terrorizmlə mübarizə, Xəzər dənizi və ətraf mühit üzrə əməkdaşlıq, müdafiə, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri və s. nəzərdə tutulur.
Mövzu ilə bağlı "Borçalı" İctimai Birliyinin sabiq sədri, tanınmış ictimai-siyasi xadim Zəlimxan Məmmədli Sherg.az-a deyib ki, bu iki dövlətin iş birliyi regiondakı problemlərin mənbəyidir:

"Bu tarixdir. Orta şərqdən tutmuş Cənubi Qafqqaza qədər xalqları istismar edən, dövlətlərin taraz yaşamalarını əngəlləyən, proksi qüvvələrlə mütərəqqi qüvvələri və cərəyanları çıxdaş etmək yolunu tutmuş siyasi şər cütlüyüdür. Bu gün də bağlanan əməkdaşlıq sazişinin qüvvəyə minməsi haqqında bəyanat təsadüfi deyil. Regionda bir sıra layihələr siyasi masadadır. Onlarsız müzakirə meyli daha çoxdur. Hər iki dövlət Suriyada itirilmiş mövqelərini bərpa etmək, Ermənistanı yenidən porpost statusuna gətirmək, Zəngəzur dəhlizi üzərində nəzarəti ələ keçirmək vəya bu layihəni əngəlləmək, Cənubi Qafqazda itirilmiş mğvqeləri bərpa etmək marağındadır. Fikrimcə bu cütlüyün hədəflərinə yetmə imkanları yox dərəcəsindədir. Həm də onların strateji əməkdaşlığı özlərindən başqa region dövlətlərinin heç birinin maraqlarına uyğun deyil".
Müsahibin fikrincə, region dövlətlərinin bu əməkdaşlığa rəsmi münasibəti onların hərəkətliliyindən asılı olacaq:
"Unutmayaq ki, hər iki ölkə ciddi beynəlxalq sanksiyalara məruz qalıb və sanksiyalar daha da güclənə də bilər. Çünki destruktiv qüvvələrdir. Dünya da bilir ki, bu əməkdaşlıq xeyirə köklənməyib. Digər tərəfdən İran səfirinin ABŞ-la bağlı dediyi fikir isə blefdən başqa bir şey deyil. Regionda hədəfin ABŞ timsalında NATO alyansı və Türkiyə olacağı şübhəsizdir. Həm də bu ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı iddialarına cavabdır. Digər tərəfdən Türkiyənin regionda baş verən proseslərdə baş aktyor rolunda olduğunu da nəzərdə saxlamalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə