ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb?
Yusif Nəzərli
18:13 15.01.2025
Maraqlı
555
ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanması ABŞ-ın analoji sazişlərini gündəmə gətirib.
Axar.az xəbər verir ki, erməni diplomat Ara Saakyan yerli mediaya açıqlamasında ABŞ-ın strateji tərəfdaşlıq haqda sazişi Ermənistana qədər 3 ölkə ilə bağladığını bildirib.
O qeyd edib ki, 2012-ci ildə Qazaxıstana səfir göndərilib. O, səfir gedəndə artıq ABŞ və Qazaxıstan arasında “Strateji tərəfdaşlıq üzrə komissiya” bir ildir fəaliyyət göstərirdi. Başqa sözlə desək, ABŞ və Qazaxıstan arasında xartiya deyil, “Strateji tərəfdaşlıq üzrə komissiya” 2011-ci ildə yaradılıb, 2018-ci ildə isə onun adı dəyişdirilib və “Genişləndirilmiş strateji tərəfdaşlıq komissiyası” adlandırılıb.
Bu komissiyanın hər il iclasları keçirilir – “genişləndirilmiş” komissiyanın sonuncu, 6-cı iclası ötən il may ayının sonunda baş tutub. Komissiya yalnız iqtisadi və hüquqi məsələlərlə məşğuldur: yəni siyasi və demokratik islahatlar, infrastruktur layihələri və nəqliyyat marşrutlarının inkişafı, ticari və iqtisadi əlaqələr, enerji və kritik minerallar sahəsində əməkdaşlıq.
Ermənistanla imzalanan sazişin tam eynisi yalnız Ukrayna və Gürcüstanla bağlanıb.
Saakyan xatırladıb ki, Rusiya-Gürcüstan müharibəsindən (2008-ci ilin avqustu) sonra, 2009-cu ildə Kondoliza Rays Vaşinqtonda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə belə bir müqavilə imzalayıb. 2021-ci il noyabrın 10-da isə ABŞ Ukrayna ilə hərbi sahədə qarşılıqlı öhdəliklərlə dolu çox geniş müqaviləyə imza atıb.
“Bu müqavilədən üç ay keçməmiş Rusiya Ukraynaya hücum etdi. Ukrayna və Gürcüstanla imzalanmış oxşar sazişlərin siyasi nəticələri budur”, - Saakyan vurğulayıb.
Onun sözlərinə görə, nə qədər qəribə də olsa, Moldova ilə belə bir saziş yoxdur:
"Moldova ilə heç bir hüquqi və formal razılaşma mövcud deyil, lakin Vaşinqton bu ölkə ilə əməkdaşlığı dərinləşdirmək və daha güclü strateji əlaqələr qurmaq üçün əməli səylər göstərir".
“Belə çıxır ki, bu sazişə görə Ermənistanı yaxşı heç nə gözləmir” sualına isə Saakyan belə cavab verib:
“Hökumətin öhdəliyi hər şeyi hesablamaqdır; deyirlər, bütün riskləri hesablayırlar. Bütün riskləri necə hesabladıqlarını təqdim etsinlər. Hesab edirəm ki, risklər dəqiq qiymətləndirilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat