
Görməmişlik sindromu: Qızılı da icarəyə götürərlər? -Sosioloq sərt tənqid etdi
10:25 17.12.2024
Cəmiyyət
549
Qızıl-zinət əşyaları kirayə verilir.
Xezerxeber.az məlumat verir ki, artıq həm sosial şəbəkələrdə, həm də mağazalarda qızıl məmulatlarının kirayə verilməsi ilə bağlı elanlar yer alır.
Qızıl-zinət əşyalarının kirayəsi ilə məşğul olan Hüseyn Oktay bildirib ki, bu iş xeyli risklidir. Bu səbəbdən də kirayə verilən məmulatlar sənəd əsasında təqdim olunur.
Qızılların kirayə qiymətləri isə modellərin görünüşünə və satış qiymətinə görə dəyişir.
Kirayələr 1 günlük verilir və daha çox toy edənlər, qızıl almaq imkanı olmayanlar müraciət edirlər.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az” a bildirib ki, son vaxtlar belə halların yaşanması təəssüfedici haldır:

“Təkcə qızıl deyil, hətta digər əşyalar da icarə əsasında götürülüb istifadə olunur. Bunun səbəbi çox ağır psixoloji xəstəlikdir. Yəni özünü başqalarına göstərmək, başqalarından üstün görmək texnikasıdır. İnsanlar sadə, təvazökar olmaq istəmir və başqalarına öz cah-cəlalını, əmlakını, qızılını var olduğundan dəfələrlə daha çox göstərmək istəyir. Bu paltarda, telefonda, avtomobildə və ev əşyalarında da belədir. Normal ölkələrin heç birində belə adət-ənənə yoxdur. Bunu hər hansı bir ölkədən də götürmürlər. Çünki heç bir ölkədə belə biabırçı vəziyyət yoxdur. Bunun nə mənəvi, nə də ki, sosial əsası var. Sadəcə olaraq görməmişlik sindromudur. Birincisi, ailə maddi dəyərlər üzərində qurulmur. Qızılın, pulun və əmlakın heç bir mənası yoxdur. Ailə qurmaq yalnız mənəvi dəyərlər üzərində olmalıdır. Maddi dəyərlər üzərində biznes, şirkət və təsərrüfat qura bilərsən, ailə yox”.
Ekspert qeyd edib ki, həqiqətən ailə qurmaq istəyənlər yalnız mənəvi dəyərləri əsas götürməlidirlər:
“Bahalı gəlinlik, gəlin maşını, toy aksesuarları, xonçalar və qızıllar sadəcə göstərişdir. Yəni insan cəmiyyətinin inkişaf prosesində bunlar unudularaq arxaya atılıb. İndi sağlam cəmiyyətlərdə sadə, təvazökar həyat tərzinə keçirilib və praktiki əşyalar alınır. İnsanın həyatında istifadə olunan, onun sağlamlığını, rahatlığını təmin etməsi üçün lazım olan əşyalar və materiallar alınır. Qızıldan paltar geyinmiş eşşək məsələsi kimi heç bir geyim, aksessuar insanı olduğundan yüksək göstərə bilməz. Mənəvi olaraq başqalarına göstərmək, nümayiş etdirmək, dəbdən geri qalmamaq anormal psixoloji problemlərdir. Sağlam insan belə hallara yol verməz. Çox təəssüf ki, bizdə bu təbliğ və reklam olunur. Dünyanın məşhur alimlərində, məşhur şəxsiyyətlərində, cah-cəlallı geyimlər, və bahalı qızıllar görülməyib. Yəni insan inkişaf elədikcə, bu şeylər arxada qalır. Amma bizdə belə məqamlar artır. Bu isə o deməkdir ki, biz cəmiyyət olaraq hələ inkişaf etməmişik. Normal və, sağlam insanlar sadə yaşamalıdır. Bu məsələdə medianın da üzərinə böyük yük düşür. Əsasən cah-cəlal, televiziya və mediada göstərilir. Hər biri gənclərin, insanların şüuruna bu adətləri, sistemləri otuzdurur ki, belə olmalıdır. İntellektuallar, ziyalılar mediaya çıxıb normal, sadə, təvazökar həyat təbliğ etmirlər. Çox təəssüf ki, bizim cəmiyyətdə təbliğat ancaq maddi məsələlər, əyləncə və əşyalarla öyünməkdən gedir. Biz cəmiyyət olaraq mənəvi deqradasiyanın nümunəsiyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm