Alimin yeni kitabı işiq üzü görüb
10:00 14.11.2023
Mədəniyyət
732
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib.
"Sherg.az"ın xəbərinə görə, müəllifin sayca 22-ci kitabıdır.
44 günlük müharibədən sonra regionda çox ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən, müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi çox aktualdır. Təqdim edilən kitab Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri, Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər və Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr başlıqlı mövzuları əhatə edir. Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabıb mənbəşünaslıq bazasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib.
Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub -Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır. Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektívlərini təhlil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət