Böyük xeyriyyəçiyə haqqını təqdim edirik - Tağıyevin xatirəsinə “Himayədar” gəlir!
Yusif Nəzərli
15:11 23.10.2023
Mədəniyyət
727
“Uzun illərdir media sektorunda böyük və yaddaqalan layihələrə imza atan Bakı Media Mərkəzi hal-hazırda ölkəmiz üçün əhəmiyyətli bir filmin istehsalı üzərində çalışır. Bu, böyük mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Himayədar” filmidir. Filmdə həmçinin XIX əsrin sonu–XX əsrin əvvəlində Bakı və bölgədə baş verən mühüm tarixi hadisələr öz əksini tapır”.
Bu barədə Bakı Media Mərkəzinin məlumatında qeyd olunub.
Bildirilib ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri may ayında başlayıb və 120 çəkiliş gününün artıq 90-ı yekunlaşıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Sözügedən layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib, bundan başqa 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə tikilib.
Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Çoxseriyalı filmin gələn il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir. Ekran işinin tamaşaçılar və kinosevərlər tərəfindən böyük maraqla qarşılanacağına ümid edirik.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Miras”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, “BİZ”, “Şuşa sən azadsan!” və digər filmlər yer alır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, Hacı Zeynalabdin Tağıyevin haqqında belə bir filmin çəkilməsi çox sevindirici bir haldır:
“Nəhayət ki, zamanında insanları çətin vəziyyətlərdən çıxaran, dar günlərimizdə xalqa arxa-dayaq duran tarixi şəxsiyyətlərin haqqını təqdim edirik. Bu tarixi şəxsiyyətlər içərisində Hacı Zeynalabdin Tağıyev öz xeyriyyəçiliyi ilə xüsusi fərqlənir. O, Azərbaycanın keşməkeşli keçid dövründə ən çox iş görən, millətinə sahib çıxan, öz şəxsi hesabına məktəblər, gimnaziyalar açan dahi bir insandır. Azərbaycan üçün beynəlxalq səviyyədə də böyük işlər görüb. İndi onun haqqında belə bir filmin ərsəyə gəlməsi çox yüksək və təqdirəlayiq haldır”
Sənətçi filmin texniki və peşəkar çəkiliş səviyyəsi haqqında məlumatlı olmadığını vurğulayıb:
“Film beynəlxalq arenalara çıxarılacaq səviyyədə işlənərsə, uğur qazana bilər. Ümid edirəm ki, film Hacı Zeynalabdin Tağıyevin adına, əməlinə, gördüyü işlərə yaraşacaq bir layihə olar. Ümumi olaraq isə tarixi şəxsiyyətlərimizə aid filmlərin çəkilməsi çox gözəl təşəbbüsdür. Filmin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkür edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə