Kitabıstan “EU Read”in üzvü oldu
13:50 09.10.2023
Mədəniyyət
991
Oktyabr ayının 9-da Kitabıstan Avropada mütaliəni təşviq edən “EU Read” beynəlxalq birliyinin üzvü seçildiyini elan etdi.
Bu barədə Kitabıstan özünün rəsmi saytında məlumat paylaşıb. Kitabıstanın həmtəsisçisi Şəhriyar Məcidzadənin verdiyi məlumata görə, Kitabıstanın “EU Read”ə üzvlüyü sentyabr ayının 9-da rəsmi şəkildə təsdiqlənib:
“Məlum olduğu kimi, Kitabıstan maarifçilik sahəsində fəaliyyət göstərir. Biz bəşəri dəyərlərə əsaslanan kitablar nəşr edir, həm də mütaliəni təşviq edirik. Hesab edirəm ki, elm, tədqiqat və kitab oxumağın təşviqi üçün sərhədlər olmamalıdır. Buna görə də Avropada mütaliəni təşviq edən “EU Read”in üzvlüyünə qəbul edilməyimiz bizim üçün əhəmiyyətlidir. Kitabıstanın konsepsiyasında da qeyd edildiyi kimi, mədəniyyətlərarası dialoq bizim əsas hədəflərimizdəndir. Düşünürəm ki, Kitabıstanın “EU Read” üzvləri ilə əməkdaşlıq perspektivi fəaliyyətimizdə səmərəliliyi daha da artıracaq. Elm, mədəniyyət, tədqiqat və təcrübə mübadiləsi istiqamətində əməkdaşlığa hər zaman açığıq”.
Qeyd edək ki, “EU Read” savadsızlıqla mübarizə aparan, mütaliəni təşviq edən 23 Avropa ölkəsindən üzvü olan birlikdir. Bu birliyin əsas məqsədi bilik, təcrübə, fikir mübadiləsi aparmaq və oxumağın təşviqi üçün yeni strategiyaların birgə işlənib hazırlanmasıdır. Bu istiqamətdə “EU Read” üzvləri mütəmadi olaraq bilik, təcrübə və fikir mübadiləsi, eləcə də yerli və Avropa səviyyəsində mütaliənin təşviqi üçün birgə çalışmaqdadır.
Onu da əlavə ki, Kitabıstan kitab tərcüməsi və nəşri ilə yanaşı “KITABISTAN TALKS” layihəsi çərçivəsində elmi konfranslar təşkil edir, araşdırma filmləri hazırlayır, fərqli ölkələrin inkişaf modellərini təqdim etmək üçün müsahibələr alır, sosial sorğular keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət