Komitə: “Dostluq” kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıb
Komitə: “Dostluq” kinoteatrının damında və fasadında aparılan işlər dayandırılıb
12:18 09.02.2024
Mədəniyyət
835
Bir neçə gündür, “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı sosial mediada məlumatlar dərc olunur.
Məsələ ilə əlaqədəar Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti, 76 ünvanında yerləşən, 1960-cı illərə aid “Dostluq” kinoteatrının sökülməsi ilə bağlı səsləndirilən iddialar əsassızdır.
“6 fevral 2024-cü il tarixində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti məqsədilə aparılan monitorinq çərçivəsində binanın damında və fasad hissəsində işlərin aparılması müəyyən edilərək dayandırılıb. Bununla yanaşı qeyd edək ki, kinoteatr binasının sökülməsi və yerində yeni binanın tikilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mülkiyyətçi tərəfindən müraciət olunmayıb, Komitə tərəfindən heç bir tikinti icazəsi verilməyib.
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və memarlıq sahəsində qanunvericiliyə əməl olunmasına nəzarət edir. Əlavə olaraq bildirək ki, bu gün Komitə rəhbərliyi səviyyəsində binaya baxış keçirilib və heç bir söküntü işlərinin aparılması faktı aşkarlanmayıb. Buna baxmayaraq, uzun illər təmir və istismar olmadığından binanın dam və fasad örtüyündə ciddi dağıntılar və təhlükəli vəziyyət müəyyən olunub.
Hazırda mülkiyyətçinin Komitəyə müraciəti əsasında müvafiq qurumlarla birlikdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və binanın ornamentlərini saxlamaq şərtilə bərpa-bərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti göstərişlər verilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil