“Musiqi Forumunda dediyim fikirlər təhrif olunub” - Siyavuş Kərimi
“Musiqi Forumunda dediyim fikirlər təhrif olunub” - Siyavuş Kərimi
Yusif Nəzərli
12:42 30.10.2023
Mədəniyyət
933
Oktyabrın 29-da Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin Azərbaycan musiqisi və ölkəmizdəki səsyazma studiyaları ilə bağlı səsləndirdiyi fikirlər bəzi mətbuat orqanlarında təhrif olunub.
Axşam.az xəbər verir ki, S.Kərimi bu barədə “525” ə açıqlama verib. O bildirib ki, əslində, tamam başqa fikir səsləndirib:
“Ölkəmizdə ilk dəfə olaraq belə genişmiqyaslı Musiqi Forumunun keçirilməsi təqdirəlayiq haldır. Həqiqətən də musiqimizin indiki vəziyyətində bir sıra problemlər var və biz də o problemlərin həlli istiqamətində Forumun çox böyük köməyinin olacağına inanırıq. Belə tədbirlərin keçirilməsi lazımlı və vacib məsələdir.
O ki qaldı mənim Forumda səsləndirdiyim fikirlərə, təəssüf edirəm ki, bəzi xəbər saytları sözlərimi kontekstdən çıxararaq, təhrif ediblər. Söhbət Azərbaycandakı səsyazma studiyalarının keyfiyyətindən gedirdi. Bəli, bu gün Azərbaycanda peşəkar, beynəlxalq standartlara cavab verən səsyazma studiyaları yoxdur. İndiki dövrdə Azərbaycan musiqisinə lazım olan vacib məsələlərdən biri məhz dünya standartlarına cavab verən səsyazma studiyalarıdır. Amma mən heç yerdə deməmişəm ki, Azərbaycan musiqisi dünyada qəbul edilmir və ya Azərbaycan musiqisi dünyada heç kimə lazım deyil. Çox təəssüf ki, həmin saytların yazdığı yanlış informasiyanı bədxah qonşularımız da tərcümə edərək tirajlayırlar. Erməni mədəniyyəti Azərbaycan mədəniyyəti üzərində, onun hesabına yaranıb. Bizim mədəniyyətimizin, musiqimizin oğrularına belə bir fürsət vermək nəyə lazım idi axı?! Mən özüm uzun illərdir Azərbaycan musiqisinə xidmət edirəm, belə bir fikri necə deyə bilərəm?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə