Qərbi Azərbaycanla bağlı həm sərgi, həm konsert... - FOTOREPORTAJ
Yusif Nəzərli
14:47 04.09.2023
Mədəniyyət
1204
Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş etdirilməsi məqsədilə tədbir təşkil olunub.
“Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.
Tədbirdə tanınmış ictimai xadimlər, media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Həmçinin digər ölkələrin vətəndaşları da Qərbi Azərbaycanın mətbəxinə məxsu təamları dadıb, etnomədəni mühiti ilə tanış olublar.
Tədbirdə deputatlar Əziz Ələkbərli, Hikmət Babaoğlu, Mədəniyyət Nazirinin müavini Səadət Hüseynzadə, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov da yer alıb.
Sərgidən sonra Heydər Əliyev Mərkəzinin qarşısında qala konserti baş tutub. Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovanın da səhnə aldığı gecədə milli musiqilərimiz səslənib.
“Sherg.az”ın əməkdaşları sözügedən tədbirdə iştirak edib.
Millət vəkili Hikmət Babaoğlu saytımıza açıqlamasında bildirib ki, hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir:
"Hazırda ermənilər tərəfindən etnik təmizləmə siyasətinin qurbanı olmuş azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq şansının yarandığı bir vaxtda bu, milli mədəniyyətimizin bütövlüyünü göstərir. Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir. 2022-ci ilin dekabr ayında Azərbaycan Prezidenti Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ilə bağlı konseptual bir çıxış etdi. Hazırda bu, bir tarixi fürsətdir, bir tarixi hadisədir ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı məsələnin də danışıqların bir predmeti olduğunu dilə gətirdi. Bu, əlbəttə, mühüm bir tarixi hadisədir. Buraya toplaşan Qərbi azərbaycanlılar hər birimiz əminik ki, biz yenidən öz tarixi torpaqlarımıza qayıtmaqla, yaratdığımız mədəniyyət nümunələrinin inkişafını yeni nəsillə birlikdə davam etdirəcəyik. Ona görə də burada iştirak edən hər kəsə təşəkkür edirəm. Bugünkü tədbirdə mətbəx nümunələri, xörəklər də yer alır. Bizlər əminik ki, bir gün bu nemətlərin İrəvanda, Zəngəzurda dadına baxacağıq".
Samirə Ərəblinskaya, Elmar İbrahimli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol