Sərvər Şirinovun faliyyəti, əməyi göz qabağındadır
Yusif Nəzərli
18:19 18.11.2023
Mədəniyyət
1513
Mədəniyyət inkişaf deməkdir. Hər bir ölkənin inkişafı onun mədəniyyəti və təhsili ilə bağlıdır.
Ölkəmizdə digər sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də, geniş imkanlar yaranıb. Sherg.az xəbər verir ki, mədəniyyətimizi bölgələrdə təbliğ edən fədailər var ki onladan biri də Sərvər Şirinovdu. O, bir çox tədbirləri özünə məxsus tərzdə tamaşaçılara çatdıran şəxslərdən biridir.
İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru Şirinov Sərvər Mərkəz oğlu uzun müddətdir ki, rayonumuzda bu sahədə çalışır. O, Azərbyacan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Sərvər Şirinov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun struktruna daxil olan Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən müxtəlif layihələrdə yaxından iştirak eir. Belə ki Mədəniyyət Nazirliyi tərəfindən 2018-2019- cu illərdə “Bölgələrdən bölgələrə ” lahiyəsi çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarında , o cümlədən Sabirabad, Naftalan, Göygöl , Balakən, Ağstafa, Kürdəmir, Beyləqan, Gəncə və Şəki şəhərlərində təşkil olunan tədbirlərdə geniş tamaşaçı maraqlı çıxışlar edib. Klassik şairimiz Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə əlaqədar Sərvər Şirinov rayonun mədəniyyət işçilərinin iştirakı ilə birgə hazırlanmış şairin qəzəllərindən ibarət “Xəyalını xəyalıma saz eylə” adlı teatrlaşdırılmış gecə yaddaşlardan silinməyəcək. Onun yaratdıqları obrazların sayı hesabı yoxdu. Beləki , onun ifasında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi yubileyinin qeyd olunması ilə bağlı “Gərçi bu gün Nəsimiyəm” adlı kompozisiya ilə bir sıra mədəniyyət ocaqlarında Nəsimi obarzı 2021-ci il “Nizami İli ” elan olunması ilə bağlı olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Xəmsə yolu ” layihəsi çərçivəsi üzrə dahi Azərbaycan şairi Nizami Gəncəvinin poemaları əsasında ssenariləşdirilmiş “Ey söz dünyasına hakim Nizami ” adlı tamaşası rəğbətlə qarşılanmışdı.
Azərbaycan xalqının tarixi, əbədi torpaqlarının və Qarabağımızın incisi olan Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən düşmədən azad edilməsi və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 05 yanvar 2022- ci il tarixli Sərəncamına əsasən 2022- ci ili “Şuşa İli” elan etməsi biz mədəniyyət işçilərinidə çox sevindirdi. Bununla bağlı olaraq Sərvər Şirinov “ Şuşa İli “ ilə əlaqədar olaraq rayonun kənd və qəsəbələrində Şuşa şəhərinin azad edilməsi və zəfər qələbəmizlə bağlı rəngarəng proqramlar hazırlayır.
Sərvər Şirinovun faliyyəti, əməyi göz qabağındadır. Inanıriq ki, onun da əməyini Mədəniyyət Nazirliyi qiymətləndirəcək.
Hasil Tağıyev, Qaydış İB-nin sədri
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm