"Şuşadan piyada gedib Xankəndindən böyürtkən toplayırdıq" - Xalq artisti
Yusif Nəzərli
12:42 26.09.2023
Mədəniyyət
974
Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar məğlub olub. Silahlı Qüvvələrimizin qazandığı qələbə millətimizi yenidən fərəhləndirib.
Ali Baş Komandan İlham Əliyevin 200 illik saxta erməni layihəsinə son qoyması və suverenliyimizin bərpa olunduğunu elan etməsi bu tarixi günlərdə bizi qürurlandırıb.
Sevincli olduğunu bildirən, şuşalı Xalq artisti Firəngiz Mütəllimova Azərbaycan ordusunun son zəfər ilə bağlı təəssüratlarını bölüşüb.
"Sherg.az"la həmsöhbət olan aktrisa uşaqlıq illərindən, Qarabağdakı xatirələrindən söz açıb:
"Bütün günü mətbuatı bir növ "güdürəm", xəbərlərə görə çox şadam. Xocalıda sancılan, dalğalanan üçrəngli bayrağımızı gördükdə qürur duyuram. Xankəndindəki son hadisələr, antiterror tədbirlərinin uğurla başa çatması vətənpərvər hisslərimizi daha da gücləndirir. Əslən Şuşada doğulub-böyüyən biri kimi fərəh hissi keçirdirəm. Allah şəhidlərimizə rəhmət etsin. Müzəffər ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm. Bu hadisələri Böyük Azərbaycanın qələbəsi kimi qarşılayıram".
Sənətçi Şuşada keçən günlərindən, Xankəndindəki xatirələrindən də danışıb:
"Xankəndində çox gözəl xatirələrim var. Şuşadan piyada düşüb Xankəndiyə gedirdik. Qardaşımla məktəbdə oxuyurduq. Xatırlayıram ki, onunla uşaqlara qoşularaq böyürtkən toplayırdıq. Çox təəssüflər olsun ki, Ağdərə tərəflərdə olmamışam. Yaxın zamanda əlverişli şərait yaransa, o diyarlara da baş çəkmək istərdim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə