Tbilisidə Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirilir
Yusif Nəzərli
08:26 27.10.2023
Mədəniyyət
675
Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nüməyəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunub. Yeni teatr kompleksinin təməlqoyma mərasiminin Azərbaycan xalqının Ümummilli Lideri, Gürcüstanın böyük dostu Heydər Əliyevin 100 illiyinə həsr olunan mötəbər tədbirlər çərçivəsində keçirilməsi böyük rəmzi məna daşıyır.
Abidə müasir fasadla sintez olunacaq. Eləcə də müasir və qabaqcıl texnologiyalarla təchiz olunmuş 500-600 nəfərlik tamaşa zalı və interaktiv ekspozisiya sahəsinin yaradılması planlaşdırılır. Bununla da yüksək texnoloji imkanları ilə beynəlxalq əhəmiyyətli konfransların, müxtəlif növ sərgilərin keçirilməsi imkanı yaradılacaq. Teatrın ümumi ərazisi 3564 kvadrat metrdir.
Qeyd edək ki, Tbilisi Dövlət Azərbaycan Dram Teatrı 1872-ci ildə təsis edilib və 1947-ci ilə kimi fəaliyyət göstərib. Həmin ildə bağlanan teatr 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin adı ilə yenidən fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə