Türkiyənin turizim təcrübəsi Şuşada tətbiq olunacaq
Yusif Sultanoğlu
17:02 13.11.2023
Mədəniyyət
756
Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və onun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının mədəniyyət naziri Məhmət Nuri Ersoyla görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın bu ölkədəki Səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüşdə türkiyəli nazirə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.
2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada il ərzində həyata keçirilmiş beynəlxalq mədəniyyət tədbirləri, bu tədbirlərin türk dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlığına verdiyi töhfə xüsusi qeyd olunub.
Görüşdə Azərbaycanın ən gözəl bölgələrindən olan Şuşada turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Turizm infrastrukturunun genişlənləndirilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması mövzusuna toxunulub və Türkiyənin uğurlu turizm təcrübəsinin tətbiq olunması imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə